''Qarabağ Komitəsi''nin növbəti aksiyasına icazə verilmədi

''Nəqliyyatın iş ahəngində ciddi problem yaranacaq''

Bakı Şəhər İcra Hakimiyyəti “Qarabağ Komitəsi”nin ABŞ, Rusiya və Fransanın ölkəmizdə olan səfirlikləri qarşısında noyabrın 8-də aksiya keçirməsi ilə bağlı müraciətinə rədd cavabı verib.

İcra hakimiyyəti səfirliklərin nəqliyyatın intensiv hərəkət etdiyi yerlərdə yerləşdiyini əsas gətirərək bildirib ki, həmin ərazilərdə toplantıda iştirak etmək niyyəti olmayan vətəndaşların sərbəst hərəkətinə və nəqliyyat vasitələrinin iş ahəngində ciddi problem yaranacaq:

“Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun 7-ci maddəsinin birinci hissəsinə uyğun olaraq qeyd etdiyiniz yerlərdə piketin keçirilməsi məqsədəuyğun sayılmır”.

Bakı Şəhər İcra Hakimiyyəti “Qarabağ Komitəsi”nin noyabrın 24-də keçirilməsi nəzərdə tutulan mitinqinə də icazə verməmişdi.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/0zilik

Ən çox baxılan