”Qarabağ Komitəsi” mitinq keçirmək istəyir

Aksiyaya icazə üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib

Source:


Aksiyaya icazə üçün Bakı Şəhər İcra Hakimiyyətinə müraciət edilib

“Qarabağ Komitəsi” Bakı Şəhər İcra Hakimiyyətinə sentyabrın 29-da “Məhsul” stadionunda mitinq keçirmək üçün müraciət edib.

Bu barədə Meydan TV-yə “Qarabağ Komitəsi”nin üzvü, Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı məlumat verib.

Akif Nağı mitinqin təşkilatçısı sualına “aksiyada iştirak edənlərin hamısı təşkilatçı hesab edilir” deyərək əlavə edib ki, müraciəti “Qarabağ Komitəsi” ilə birgə ictimai xadimlər, jurnalistlər, partiyalar imzalayıb.

Komitəyə isə Müsavat, Milli Demokrat, KXCP, Xalq, İslam, Milliyyətçi Hərəkat, Demokrat, Ümid, Ağ Partiya daxildir. Fərdi şəxslərdən isə İlham İsmayıl, Vaqif Əlisoy, Şakir Abbas, Aydın Şükür və başqaları komitənin üzvüdürlər”.

Akif Nağı mitinqin məqsədinin “Qarabağa azadlıq” tələbinin daim gündəmdə saxlanılması olduğunu bildirib:

“Elə komitənin təsis olunması da bu məramı özündə daşıyır. Biz “Qarabağa azadlıq” tələbinin hakimiyyət və beynəlxalq təşkilatlar üzərinə yönəldilməsini istəyirik. Ərazilərimiz 25 ildir işğaldadır, problem indiyə qədər həll olunmalıydı. Bütün ictimai-siyasi qüvvələrin əsas tələbi torpaqlarımızın azad edilməsi olmalıdır. 29 sentyabrda keçirmək istədiyimiz mitinq də bu tələbin bir vasitəsidir. Sentyabrın 24-də isə bununla bağlı dəyirmi masa keçiriləcək”.

Akif Nağı hakimiyyətin aksiyaya icazə verib-verməməsi sualına “proqnoz vermək çox çətindir” deyə cavablandırıb:

“Əgər hakimiyyət məntiqlə düşünsə, aksiyaya icazə verməlidir. Çünki Qarabağ ümummilli məsələdir, hər kəs rayonlarımızın işğalda qalmasından narahatdır. Əslində, qanunvericilikdə aksiyalara icazə söhbəti yoxdur, biz xəbərdarlıq edirik. Əgər hakimiyyət şərait yaratmasa, böyük yanlışlıq olacaq”.

Ana səhifəXəbərlər”Qarabağ Komitəsi” mitinq keçirmək istəyir