Nurlan İbrahimov ömürlük futboldan uzaqlaşdırılıb
İdman Arbitraj Məhkəməsi (CAS) “Qarabağ” klubunun keçmiş mətbuat katibi Nurlan İbrahimovun cəzasını qüvvədə saxlayıb.
Bu barədə Meydan TV-yə Nurlan İbrahimov özü məlumat verib.
Qarabağdakı 44 günlük müharibə zamanı “Facebook” səhifəsində nifrət nitqi yaymasını əsas gətirərək, Nurlan İbrahimovu UEFA futboldan ömürlük uzaqlaşdırıb. “Qarabağ” klubu isə 100 000 avro cərimələnib. İbrahimov yanvarın 19-da klubdan ayrıldığını açıqlayıb.
İdman Arbitraj Məhkəməsi onun şikayəti ilə bağlı qərarı ilk dəfə 2021-ci il dekabrın 22-də açıqlamalı idi. Amma qərarın tarixi indiyədək dəfələrlə təxirə salınıb.