“Qarabağ” klubu “pley-off” şanslarını itirdi

Azərbaycan çempionu İspaniyada məğlub oldu

Source: Meydan TV

Azərbaycan çempionu “Qarabağ” klubu İspaniyada “Sevilya” klubuna 2:0 hesabı ilə məğlub olaraq, Avropa Liqasının “pley-off” mərhələsinə çıxmaq şansını itirdi.

“Qarabağ” klubuna qarşı ikinci heyətlə oynayan ispanlar oyunun 61-ci dəqiqəsində avrokuboklarda debüt edən Brayan Hilin qolu ilə hesabı açıblar.

Oyun ərzində nadir hallarda rəqibin qapısına yaxınlaşan Azərbaycan çempionları, rəqib qapısından top keçirə bilməyiblər. Bunun əvəzində meydan sahibləri oyuna əlavə edilən 2-ci dəqiqədə hesabı 2:0-a çatdırıblar. Qolu Munas Dabbur vurub.

Qrupun digər oyununda Kiprin “Apoel” klubu Lüksemburqun “Düdelanj” komandasına 2:0 hesabı ilə qalib gəlib.

Son turda “Qarabağ” klubu “Düdelanj” ilə qarşılaşacaq, “Apoel” isə “Sevilya”nı qəbul edəcək.

Qrupda keçiriləcək son oyunun nəticələrindən asılı olmayaraq Avropa Liqasının “pley-off” mərhələsinə “Sevilya” və “Düdelanj” klubları vəsiqə qazandılar.

Ana səhifəSosial“Qarabağ” klubu “pley-off” şanslarını itirdi