“Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinə böyük hesablı qələbə ilə başladı

Dördüncü qolu Mahir Əmrəli vurdu.

Source: Specify Source

Azərbaycan çempionu “Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinin ilk oyununda qalib gələrək, növbəti mərhələyə vəsiqə qazandı.

“Qarabağ”ın rəqibi Şimali Makedoniyanın “Sileks” klubu idi. Koronavirus pandemiyası ilə əlaqədar olaraq UEFA hər mərhələdə bir oyunun keçirilməsi barədə qərar qəbul edib. Püşkə əsasən, oyun “Qarabağın” meydanında keçirildi.

Matçda ilk qol 11-ci dəqiqədə vuruldu. Filip Ozobiçin ötürməsindən sonra rəqibin cərimə meydançasına daxil olan “Qarabağın” ispaniyalı legioneri Hayme Romero dəqiq zərbə ilə topu qapıdan keçirdi.

_DSC6376.jpg
“Qarabağ”ın qol sevinci

Oyunun 40-cı dəqiqəsində Azərbaycan çempionunun digər bir legioneri, Haitidən olan futbolçu Donald Gerye hesabı artırdı. Üçüncü qolun müəllifi də Gerye oldu. Bu oyunun 52-ci dəqiqəsində baş verdi. Dördüncü qolu Mahir Əmrəli vurdu. O, 80-ci dəqiqədə Ozobiçin ötürməsindən sonra, bir toxunuşla topu qonaqların qapısından keçirdi.

“Qarabağın” ikinci təsnifat mərhələsində rəqibi Moldovanın “Şerif” və Lüksemburqun “Fola” cütlüyünün qalibi olacaq.

Azərbaycanı Avropa kuboklarının 2020-2021-ci il mövsümündə daha üç klub – “Neftçi”, “Sumqayıt”, “Keşlə” təmsil edirlər. Həmin klublar Avropa Liqasında yarışacaqlar. Klublarımızın hər üçü oyunlarını avqustun 27-də keçirəcəklər.

_DSC6573.jpg
Oyunun gərgin anları
_DSC6368.jpg
“Qarabağ”-“Sileks”
_DSC6471.jpg
Rəqib hücumda
Ana səhifəSosial“Qarabağ” klubu Çempionlar Liqasının təsnifat mərhələsinə böyük hesablı qələbə ilə başladı