”Qarabağ” FK Çempionlar Liqasında 8 pillə irəliləyib

UEFA futbol üzrə Avropa Çempionlar Liqasının reytinq cədvəlini açıqlayıb

Source:
Foto Məhəmməd Türkmən
Foto Məhəmməd Türkmən


UEFA futbol üzrə Avropa Çempionlar Liqasının reytinq cədvəlini açıqlayıb

UEFA futbol üzrə Avropa Çempionlar Liqasının pley-off mərhələsindən sonra klubların reytinq cədvəlini açıqlayıb.

Mübarizədə Azərbaycan futbol tarixində ilk dəfə qrup mərhələsinə çıxan “Qarabağ” klubu 8 pillə irəliləyib.

Siyahıda 67-ci yerdə qərarlaşıb.

Beləliklə “Qarabağ” siyahıda Milan”, “Betis”, “BATE və “Yanq Boyz” kimi klubları geridə qoyub.

“Qarabağ” futbol klubu avqustun 23-də keçirilən pley-off mərhələsinin cavab görüşündə səfərdə “Kopengahen” klubuna 2:1 hesabı ilə məğlub olub. Ancaq iki oyunun cəminə görə Avropa Çempionlar Liqasının qrup mərhələsinə adlayıb.

“Qarabağ” Bakıda keçirilən ilk oyunda rəqibini 1:0 hesabı ilə məğlub etmişdi.

Ana səhifəXəbərlər”Qarabağ” FK Çempionlar Liqasında 8 pillə irəliləyib