Qarabağ əlili əməliyyat olunmaq istəyir

Qarabağ Əlili Elman Sarıyev ürək xəstəliyindən əziyyət çəkir. Sarıyev deyir ki, 1993-94-cü illlərdə gedən döyüşlərdə boğazından və qolundan güllə yarası alıb. Elə bu da səhhətinə pis təsir edib.

Sarıyevin həyat yoldaşı Kəmalə Bəybalayeva deyir ki, 2011-ci ildə ona paroksizmal taxikardiya diaqnozu qoyulub. Demək olar ki, hər gün onlara təcili tibbi yardım gəlir. O bildirir ki, həyat yoldaşı əməliyyat olunmalıdı, lakin əməliyyat ancaq özəl klinikada mümkündür.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səfayə Əhmədovanın sözlərinə görəsə, elə xəstəlik yoxdur ki, dövlət xəstəxanasında çarəsi olmasın, amma özəl klinikalarda olsun. “Biz özəl klinikalara göstəriş verə bilmərik”- nazirliyin sözçüsü bildirib.

Ana səhifəVideoQarabağ əlili əməliyyat olunmaq istəyir