”Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində

Minimalhesablı məğlubiyyət də mərhələni adlamağa imkan verdi

Source:
Qarabağ
Qarabağ


Minimalhesablı məğlubiyyət də mərhələni adlamağa imkan verdi

Avqustun 23-də UEFA Çempionlar Liqasının pley-off mərhələsinə yekun vuruldu. Turnirdə Azərbaycanı təmsil edən “Qarabağ” klubu həlledici qarşılaşmaya çıxdı.

Səfərdə “Kopenhagen”in qonağı olan Qurban Qurbanovun komandası növbəti mərhələyə keçdi.

UEFA Çempionlar Liqası

Pley-off mərhələsi, cavab görüşü

22:45. “Kopenhagen” (Danimarka) – “Qarabağ” (Azərbaycan) – 2:1

Qol: Santander 45, Dino 63, Verbiç 67.

Baş hakim: Alberto Undiano Malyenko

Köməkçi hakimlər: Roberto Alonso, Raul Kabanero

Dördüncü hakim: Dieqo Barbero Sevilla

Kopenhagen. “Parken” stadionu

Ağdam klubu Bakıdakı ilk oyunda 1:0 hesablı qələbə qazandığından səfərə üstün yollanıb. Çempion qol vuracağı halda, istənilən minimalhesablı məğlubiyyət də mərhələ adlamağa imkan verəcəkdi. Bu üzdən “Qarabağ” mərhələni adladı.

Ana səhifəXəbərlər”Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində