Polşada sevinən “Lex” oldu
Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasında mübarizəyə start verib.
Qurban Qurbanovun baş məşqçisi olduğu komanda Çempionlar Liqasının 1-ci təsnifat mərhələsində Polşanın “Lex” komandası ilə qarşılaşıb. İki komanda arasındakı ilk qarşılaşma Polşada – Poznanda keçirilib.
“Qarabağ” səfər matçından əlverişli nəticə ilə qayıtmağa çalışsa da, bu istəyinə nail ola bilməyib. “Lex” birinci hissənin 40-cı dəqiqəsində oyunda hesabı açıb. Bu qol matçın ümumi nəticəsini müəyyənləşdirib.
Çempionlar Liqasında mübarizəyə 0:1 hesablı məğlubiyyətlə başlayan “Qarabağ”ın cavab görüşü bir həftə sonra Bakıda keçiriləcək.