Leyla Yunusun s
özlərinə görə,
onlar
ə
sas
ə
n K
ə
lb
ə
c
ə
r, La
çı
n, Z
ə
ngilan rayonlar
ı
il
ə
s
ə
rh
ə
dind
ə
yerl
əş
ir
Azərbaycan Silahlı Qüvvələrində çağırış sistemi özünü doğrultmur, o, effektiv deyil və korrupsiya mənbəyidir. Sülh və Demokratiya İnstitutunun direktoru Leyla Yunus iyunun 17-də NATO PA-nın seminarında bildirib.
O qeyd edib ki, 1992-93-cü illərdə Qarabağda hərbi əməliyyatların aktiv mərhələsində oradakı erməni hərbi bölmələri 18 min nəfərdən ibarət idi. Onların yarısını Ermənistan nümayəndələri təmsil edirdilər.
Azərbaycan ordusu 21 min hərbçidən ibarət idi.
Müxtəlif ekspert rəylərinə görə, hazırda Qarabağ cəbhəsində Ermənistan ordusunun hərbçilərinin sayı 8 min nəfərdən çox deyil və onlar əsasən ikinci eşelonda, yəni Ermənisanın işğal edilmiş Kəlbəcər, Laçın, Zəngilan rayonları ilə sərhədində yerləşir.
Qalan hissələrdə sayı 18 min nəfərdən ibarət Qarabağ ermənilərinin bölmələri yerləşir. Beləliklə, ermənilər 26 minlik şəxsi heyətə malikdir.
L.Yunusun fikrincə, bu sayda orduya qarşı dayanmaq üçün çağırış sisteminə əsaslanan nəhəng orduya gərək yoxdur. Üstəlik, Silahlı Qüvvələrin böyük hissəsi münaqişə bölgəsindən kənardadır. Odur ki, döyüş qabiliyyətli peşəkar ordunun formalaşdırılması məqsədəuyğun olardı.
“Peşəkar ordunun yaradılması könüllü əsaslarla həyata keçiriləcək. Bu, alternativ xidmətlə bağlı problemləri aradan qaldıracaq, hüquq müdafiəçilərinin, əsgər anaları komitələrinin iradlarına son qoyacaq. Vətənin müdafiəçisi kimi şərəfli vəzifəni seçən könüllü döyüşçü yaxşı pul mükafatı və müfaviq pensiya alacaq, yaralanarsa və ya həlak olarsa onun ailəsi dövlət tərəfindən təmin ediləcək. Qeyd etmək lazımdır ki, dünyanın əksər aparıcı dövlətləri ordunun peşəkar məcraya yönəldilməsinin vacibliyini başa düşüblər” – deyə Leyla Yunus bildirib.
Öz növbəsində Azərbaycan Müdafiə Nazirliyinin Hərbi Strategiya və Müdafiə Planlaşdırması İdarəsinin rəisi Elman Səmədov deyib ki, Azərbaycanın hərbi doktrinasında peşəkar orduya keçidin mümkünlüyü nəzərdə tutulub. Lakin hazırda bu məsələ gündəlikdə deyil.
Sessiyanın moderatoru bolqarıstanlı ekspert Todoro Taqarev bildirib ki, həm çağırış, həm də peşəkar sistemin özünün müsbət və mənfi tərəfləri var, hər bir ölkə öz ordusunu yaratmaq prinsipini özü seçir. Lakin peşəkar ordu sistemi daha da effektlidir.
Hakim Yeni Azərbaycan Partiyasının deputatı Siyavuş Novruzov bildirib ki, o, Çağırış komissiyasının üzvüdür və çağırış sistemi ilə bağlı problem yoxdur.
Onun sözlərinə görə, bu cür problemlər Müdafiə Nazirliyinin rəhbəri səriştəsiz şəxslər və Leyla Yunus da onun mətbuat katibi olduğu vaxtlar üçün xarakterik olub.