“Qarabağ” bu dəfə də meydanı məğlub tərk edib

Qrupun digər görüşündə “Sivasspor” öz meydanında “Makkabi”yə 1:2 hesabı ilə uduzub.

Source: Specify Source


"Vilyarreal" 3:1 hesablı qələbə qazanıb

Oktyabrın 29-da UEFA Avropa Liqasında qrup mərhələsinin 2-ci turunun oyunları keçirilib.

Azərbaycanın turnirdəki təmsilçisi “Qarabağ” klubu da İ qrupu çərçivəsində növbəti oyununa çıxıb. Ağdam komandası İspaniyanın “Vilyarreal” klubu ilə qarşılaşıb. Görüş Dağlıq Qarabağda Ermənistanla Azərbaycan arasında davam edən müharibəyə görə neytral meydanda – Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda keçirilib. İlk turda İsrailin “Makkabi” (Təl-Əviv) klubuna 0:1 hesabıyla uduzan "Qarabağ" bu dəfə də meydanı məğlub tərk edib. "Vilyarreal" 3:1 hesablı qələbə qazanıb. İspaniya komandasının heyətində Pako Alkaser (2 qol) və Jeremi Pino fərqlənib. Ağdam klubunun yeganə qolunun müəllifi isə Kvabena Ovusu olub.

Qrupun digər görüşündə “Sivasspor” öz meydanında "Makkabi”yə 1:2 hesabı ilə uduzub.

"Qarabağ" Avropa Liqasının qrup mərhələsində növbəti oyununu noyabrın 5-də, "Sivasspor"a qarşı keçirəcək.

photo-2020-10-29-23-57-57.jpg
“Qarabağ”-Vilyarreal” oyunu
photo-2020-10-29-23-58-00.jpg
“Qarabağ”
Ana səhifəSiyasət“Qarabağ” bu dəfə də meydanı məğlub tərk edib