Azərbaycan klubu pley-off mərhələsini məğlubiyyətsiz keçib
“Qarabağ” komandası avqustun 31-də UEFA Avropa Liqasında növbəti oyununu keçirib.
“Köhlən atlar” pley-off mərhələsinin cavab matçında Sloveniya “Olimpiya”sını qəbul edib.
Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən oyun saat 20:00-da başlayıb.

Səfərdəki ilk matçda “Qarabağ” 2:0 hesabı ilə qalib gəlmişdi.
Azərbaycan təmsilçisi cavab oyununda 1:1 hesablı heç-heçə edib. İki oyunun nəticəsinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.