“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı

Azərbaycan çempionu altıncı dəfə bəxtini yoxlayacaq

Source:

Azərbaycan çempionu altıncı dəfə bəxtini yoxlayacaq

Azərbaycan Premyer Liqasında son 6 ilin qalibi Ağdamın “Qarabağ” klubu Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı.

Şimali İrlandiyanın “Linfild” klubuna cavab oyununda Bakıda 2:1 hesabı ilə qalib gələn Azərbaycan çempionu tarixində 6-cı dəfə ardıcıl Avropa kuboklarının qrup mərhələsində oynayacaq.

İlk oyunda “Qarabağ” 2:3 hesabı ilə məğlub olmuşdu.

Bakıda ağdamlıların heyətində 6-cı dəqiqədə Xayme Romero, 89-cu dəqiqədə Abdulla Zubir fərqləniblər.

“Qarabağ” bu il avrokuboklarda mübarizəyə Çempionlar Liqasında başlamışdı. Lakin Kiprin “Apoel” klubuna iki oyunun nəticəsinə görə məğlub olan “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiya çempionu ilə qarşılaşdı.

Buna qədər “Qarabağ” 5 dəfə Avropa kuboklarının qrup mərhələlərində mübarizə aparsa da hələlik bu etapı keçə bilməyib.

Avropa Liqasının qrup mərhələsinin püşkatması avqustun 30-da, Bakı vaxtı ilə saat 15:00-da baş tutacaq.

Ana səhifəXəbərlər“Qarabağ” Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazandı