“Qarabağ” Avropa Liqasında ilk qələbəsini qazanıb

Foto: Meydan TV

Fransa klubu Bakıda böyük hesabla uduzub

“Qarabağ” sentyabrın 15-də UEFA Avropa Liqasının qrup mərhələsində ikinci oyununu keçirib.

Bakıdaki Tofiq Bəhramov adına Respublika stadionununda keçirilən oyunda “köhlən atlar” Fransanın “Nant” komandası ilə qarşılaşıb. Oyun “Qarabağ”ın böyük hesablı qələbəsi ilə başa çatıb.

3:0 hesablı qələbədən sonra Azərbaycan çempionu qrup mərhələsində 3 xalla ikinci pillədə yer alıb.

Qrupun digər oyununda “Olimpiakos” Yunanıstanda “Frayburq”la qarşılaşıb. Bu matçda qonaqlar 3:0 hesablı qələbə qazanıblar.

“Qarabağ” Avropa Liqasının qrup mərhələsində növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.

Ana səhifəUncategorized @az“Qarabağ” Avropa Liqasında ilk qələbəsini qazanıb