“Qara qızılın dövranı bitir”

“Bundan sonra zəhmətsiz gəlirlərə qarşı ciddi tədbirlər görüləcək”

Source:


“Bundan sonra zəhmətsiz gəlirlərə qarşı ciddi tədbirlər görüləcək”

Neftin qiymətinin 49 dollar olması maraqlı mənzərə yaradıb. Ancaq neft sahəsi üzrə mütəxəssis İlham Şaban yanvar ayında neftin dünya bazarında qiymətinin 44 dollar olduğunu xatırladıb.

O bu barədə vəziyyəti Meydan TV-yə şərh edərkən bildirib ki, 3 gün də olsa, cari il üçün dramatik həddin yaşandığını söyləyib: “Məsələ ondadır ki, o zaman qış fəsli və ilin əvvəli olduğundan qiymətin artma ehtimalı çox idi. İkinci məqam İranla bağlı məsələlər də tam aydın deyildi. Ona görə qısa zamanda netin qiymətinin 68 dollara yüksəldiyini gördük”.

İlham Şaban neftin qiymətindəki enişin siyasi proseslərlə bağlı olmaması qənaətindədir: “Baxmayaraq ki, ilin ikinci rübündə İran amili qiymətə təsir edirdi. Hazırda qiymətin enişində mövsümi amil var. İkinci faktor Çin iqtisadiyyatında baş verənlərdir. Hazırda çox böyük istehlakçı olan Çin iqtisadiyyatı tədricən geriləyir ki, bu da enerjiyə olan tələbatı azaldır. Artıq orda ilin ikinci yarısında sentyabrın nefti satılır, bu gün bazarda rəqabət və hasilat artırsa, indiki qiymətlərlə də neft satılmayacaq. Üçüncü amil Amerikada neft ehtiyatlarıyla bağlı hesabatın təqdim edilməsidir. Bu, o deməkdir ki, ABŞ gündən-günə idxalı azaldır. Deməli, Amerikaya neft satan şirkət başqa bazara müdaxilə edir, bu da rəqabətin yaranması və tələbin təklifi üstələməsi deməkdir. Nəticədə neftin qiyməti düşür”

Ekspertin fikrincə, məsələdə önəmli məqamlardan biri də Avropanın enerjiyə olan tələbatıdır: “Bu gün Avropanın neft məhsullarına olan istehlakı 1985-ci il istehlakı səviyyəsinə düşüb. Mövcud durumun yaranmasında 3 amil var, birinci, 2005-ci ildən Avropada alternativ enerjinin tətbiqi, ikinci, enerjini saxlayan texnologiyaların tikinti və məişətdə tətbiqi, üçüncü, mütərəqqi texnologiyaların avtomobil sənayesində tətbiqi. Baxın, avtomobilin mühərriki iki dəfə artsa da, əvvəlkindən iki dəfə az yanacaq işlədir. Həm də Avropanın iqtisadi templəri azalıb, amma məhsul istehsalını qorumaqla onu əvvəlki tempdə saxlayıblar”.

İ.Şaban Dünya Bankının 2025-ci ilə qədər neftin qiymətinin 90 dollara çatmayacağı açıqlamasını xatırladaraq dedi ki, artıq Almaniyada, Böyük Britaniyada “qara pullar” yığışdırılır: “Bundan sonra zəhmətsiz gəlirlərə qarşı ciddi tədbirlər görüləcək. Təsəvvür edin ki, 1970-ci ilə qədər neftun qiyməti 3 dollar olub, 1920-ci ildə isə 1 dollar idi. Çünki dünyada pul olmayıb. Bu mənada qiymətin 2005-ci ildən sonra artması sıradan bir hadisə deyil. Artıq dünya iqtisadiyyatının sağlamlaşdırılmasına start verilib. 10 ilə bu proses getsə, müsbət nəticələr verəcək”.

Ana səhifəXəbərlər“Qara qızılın dövranı bitir”