Disk Va
ş
inqtonda yerl
əşə
n
“
Qaraba
ğ
”
Fondunun sponsorlu
ğ
u il
ə
i
şı
q
ü
z
ü
g
ö
r
ü
b
Azərbaycan bəstəkarı Qara Qarayevin (1918-1982) vəfatının 32-ci ildönümü ilə əlaqədar ABŞ-da “QaraBağ: ZulfiqaRenatuS” diski buraxılıb.
Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinin məlumatına görə, saksafonçu Zülfüqar Bağırovun və portuqaliyalı pianoçu Renato Dizanın müasir üslubda ifasının toplandığı disk Vaşinqtonda yerləşən “Qarabağ” Fondunun sponsorluğu ilə işıq üzü görüb.
Zülfüqar Bağırov bəstəkar Qara Qarayev və Zakir Bağırovun nəvəsidir.
“Qarabağ” Fondunun məlumatına görə, Z.Bağırov və R.Diza klassik Azərbaycan musiqisini dinləyicilərə tamamilə yeni ampluada – caz və digər musiqi üslublarının sintezi şəklində təqdim ediblər.
“QaraBağ: ZulfiqaRenatuS” diskini əldə etmək üçün http://www.karabakhfoundation.org/ZulfiqaRenatuS/ linkinə daxil olmaq lazımdır (Turan IA).