Gəminin dalğaqıran bəndə çırpıldığı ehtimal edilir
Qara dənizdə göyərtəsində 12 ekipaj üzvü olan Türkiyəyə məxsus yük gəmisi batıb. “Reuters” yazır ki, hadisə noyabrın 19-da baş verib. Hazırda xilasedicilər ekipajla əlaqə saxlaya bilmir, güclü tufan səbəbindən xilasetmə işləri dayandırılıb.
Məlumata görə, gəmi dalğaqıran bəndə çırpılıb, daha sonra batıb. Yerli hakimiyyət orqanlarının məlumatına görə, pis hava şəraiti səbəbindən nə dənizdə, nə də havada axtarış əməliyyatları aparmaq mümkündür.
Rəsmi qurumların məlumatına görə, axtarış-xilasetmə işlərinə iqlim şəraiti yaxşılaşdıqdan dərhal sonra başlanacaq.
Türkiyə bayraqlı “Kafkametler” gəmisinin kapitanı noyabrın 19-da səhər saatlarında gəminin Türkiyənin şimal-qərbindəki Zonquldak vilayətində, Ereğli sahillərində dalğaqıran tərəfə doğru sürükləndiyini bildirib.
Bazar günü bölgədə güclü fırtınalar olub və qubernatorluq bildirib ki, pis hava şəraiti hava və dəniz gəmilərinin axtarışlar aparmasına mane olub.