Qara dəliyin ilk rəsmi görüntülənib

“Gördüyümüz bütün günəş sistemimizin ölçüsündən daha böyükdür”

Source: NASA


"Gördüyümüz bütün günəş sistemimizin ölçüsündən daha böyükdür"

Astronomlar uzaq galaktikada yerləşən qara dəliyin ilk görünüşünü çəkiblər, – BBC xəbər verir.

Yerin üç milyon dəfə ölçüsündə olan dəlik 40 milyard km ölçüdədir və elm adamları tərəfindən "canavar" kimi təsvir edilib.

Qara dəlik 53 milyon işıq ili uzaqlıqda yerləşir və yerin fərqli nöqtələrində yerləşən səkkiz müxtəlif teleskop tərəfindən qeydə alınıb.

Qara dəliyin detalları aprelin 10-da "Astrophysical Journal Letters"-də nəşr olunub.

Eksperimenti təklif edən Hollandiyadakı Radboud Universitetinin professoru Hayno Falke (Heino Falcke) BBC News-a bildirib ki, qara dəlik M87 adlı bir galaktikada tapılıb.

"Gördüyümüz bütün günəş sistemimizin ölçüsündən daha böyükdür,"- o deyib.

"Günəşinkindən 6,5 milyard dəfə artıq kütləsi var və bu, bizim düşündüyümüz ən ağır qara dəliklərdən biridir. Bu, mütləq bir canavardır, Kainatın ən ağır qara dəliyidir".

Falkenin təsvirlərinə görə, rəsm qara dəlik və onun ətrafını bürüyən "atəş çəmbəri"ndən ibarətdir. Atəşə dəliyə düşən çox isti qaz səbəb olur. “İşıq galaktikada mövcud olan milyardlarla ulduzlardan daha parlaqdır – bu səbəbdən Yerdən bu qədər uzaq məsafədən görünə bilir,” – Falke bildirib.

Qaranlıq dairənin mərkəzi qravitasiya qüvvəsinə malikdir, buradan hətta işıq da qaça bilməz.

Qara dəliyin rəsmi indiyədək nəzəriyyəçi fiziklərin və Hollivud rejissorlarının təsvir etdikləri kimidir, eksperimentdə iştirak edən "University College London" -un professor Dr. Ziri Younsi deyib.

"Nisbətən sadə obyektlər olmasına baxmayaraq, qara dəlik zaman və məkanın təbiəti ilə və ən başlıcası bizim mövcudluğumuzla bağlı kompleks suallar doğurur,"- o deyib:

"Gördüyümüz bu görünüş nəzəri hesablamalarımızdan əldə olunan nəticələrə oxşardır və bir daha sübut edir ki, Eynşteyn doğru deyib".

İlk təsvirlər tədqiqatçılara bu sirli obyektlər haqqında daha çox məlumat əldə etməyə imkan verəcək. Onlar bununla qara dəliyin başlanğıc nöqtəsini axtarmağa maraqlı olacaqlar. Hələ heç kim qara dəliyin ətrafındakı atəşin necə yarandığını bilmir. İndiyə qədər ən maraqlı sual isə budur ki, dəliyə düşən obyektə sonradan nə baş verir.

Ana səhifəDünyaQara dəliyin ilk rəsmi görüntülənib