Qar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb

Foto: Meydan TV

Gədəbəy rayonunda itkin düşən iki hərbi qullquçunun axtarışına martın 19-da başlanıldı

Azərbaycan Ordusunun Gədəbəy rayonu ərazisində dumanlı havada qar uçqununa düşən iki hərbi qulluqçusunun nəşi tapılıb.

Bu barədə Müdafiə Nazirliyini və Fövqəladə Hallar Nazirliyinin yaydığı birgə məlumatda bildirilir:

“Gədəbəy rayonu ərazisində yerləşən xidmət yerindən qayıdarkən dumanlı hava şəraitində qar uçquna düşən Azərbaycan Ordusunun hərbi qulluqçuları əsgər İmanov Əli Tariyel oğlunun  və əsgər Həmidov Ruslan Rüstəm oğlunun nəşləri aşkar edilib”.

Gədəbəy rayonunda itkin düşən iki hərbi qullquçunun axtarışına martın 19-da başlanıldı.

“Axtarış-xilasetmə tədbirlərinə Azərbaycan Ordusunun müvafiq bölmələrinin, Fövqəladə Hallar Nazirliyinin və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin podratçı şirkətinin qüvvə, vasitə və xüsusi texnikaları cəlb edilib. Axtarışın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, – bununla bağlı yayılan rəsmi məlumatda deyilirdi.

Ana səhifəUncategorized @azQar uçqununa düşən hərbi qulluqçuların nəşi tapılıb