Aşura günü qanvermə kampaniyası keçiriləcək
Qafqaz Müsəlmanları İdarəsi (QMİ) aşura mərasimilə bağlı qanvermə kampaniyasında iştirakçı olacaq məscidlərin adlarını açıqlayıb.
Bakının Yasamal rayonundakı “Təzə Pir”, “Hacı Soltanəli”, Nəsimi rayonundakı “Əjdərbəy” (Göy məscid), Səbail rayonundakı “Bibiheybət”, İçərişəhər “Cümə”, Suraxanı rayonu “Qaraçuxur”, Xəzər rayonu “Mir Möhsün ağa” Nizami rayonu “Keşlə” məscidləri bu sıraya daxildir.
Bundan əlavə, Sumqayıt şəhər “Cümə”, Gəncə şəhər “İmamzadə”, Mingəçevir şəhər “Heydər”, Şəki şəhər “Cümə”, Lənkəran şəhər “Böyükbazar”, Bərdə şəhər “Cümə” məscidləri bu kampaniyada yer alır.