”Qanunvericiliyə edilən dəyişikliklər İlqar Məmmədovu azadlığa çıxarmayacaq”

Vəkil: ”Yeni mərhələ başlayıb”

Source:


Vəkil: ”Yeni mərhələ başlayıb”

Vəkil Fuad Ağayev oktyabrın 2-də həbsdə olan ReAL sədri İlqar Məmmədovla görüşüb.

F.Ağayev bildirib ki, İlqar Məmmədov bütün vəkillərinə təşəkkür bildirərək, xidmətlərini yüksək qiymətləndirib və bundan sonra onların xidmətlərinə elə bir ehtiyac olmadığını deyib.

“Yeni mərhələ başladığından İlqar Məmmədov vəkillərindən imtina edir. Mən onun müdafiəçisi olaraq qalıram. 25 ilə yaxındır İlqar Məmmədovu tanıyıram, həbs olunandan müdafiəçisiyəm. Avropa Məhkəməsiində ReAL sədrinin hüquqlrını müdafiə etməkdə davam edirəm”, – F.Ağayev deyib.

F.Ağayev yeni mərhələ deyəndə, Məmmədovun işinin Nazirlər Kabinetinin nəzarətində olduğunu və Azərbaycan hökumətinə oktyabrın 25-nə qədər vaxt verildiyini xatırladıb:

“İndiyə qədər Avropa Şurası Nazirlər Kabineti və Avropa Məhkəməsi belə bir halla qarşılaşmayıb”.

Vəkil Fuad Ağayev hesab edir ki, İlqar Məmmədovun səhhətinin ideal olmasa da, qənaətbəxş saymaq olar.

İlqar Məmmədov 2013-cü il yanvarın 23-24-də İsmayıllıda baş vermiş hadisələrlə əlaqədar həbs olunub. O, asayiş bərpa olunduqdan sonra şəhərə getsə də, kütləvi iğtişaşların təşkilində, polisə müqavimət göstərməkdə günahkar bilinərək 7 il azadlıqdan məhrum edilib.

2014-cü ilin mayında Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) qərara alıb ki, İ.Məmmədovun həbsi və həbsdə saxlanması ilə Avropa İnsan Hüquqları Konvensiyasının bir çox maddəsi, o cümlədən 5.1, 5.4 və 6.2-cı (azadlıq və şəxsi toxunulmazlıq hüququ, ədalətli məhkəmə və təqsirsizlik prezumpsiyası və s.) maddələri pozulub. Məhkəmə belə nəticəyə gəlib ki, İ.Məmmədov hər hansı sübut olmadan saxlanılıb, dərhal azad edilməlidir.

AİHM-nin bu qərarı icra edilməyib.

Avropa Şurası Nazirlər Komitəsinin 2017-ci il 19-21 sentyabr tarixli iclasında İlqar Məmmədovun işi ilə bağlı müvəqqəti qətnamə hazırlanması barədə qərar qəbul edilib. Sənəddə Azərbaycanın nəzərinə çatdırılır ki, oktyabrın 25-dək AİHM qərarı yerinə yetirilməyəcəyi təqdirdə ölkəyə qarşı İnsan haqları konvensiyasının 46-cı maddəsi (Avropa Məhkəməsinin qərarının yerinə yetirilməməsi) tətbiq oluna bilər.  Qətnamə oktyabrın 25-də Nazirlər Komitəsinin iclasında müzakirəyə çıxarılacaq.

Ana səhifəXəbərlər”Qanunvericiliyə edilən dəyişikliklər İlqar Məmmədovu azadlığa çıxarmayacaq”