”Qanun”un şikayətinə Avropa Məhkəməsi baxacaq

Avropa Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli əvəzin təmin edilməsi barədə qərar çıxarılması istənilir

Source:
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə
foto sosial şəbəkə


Avropa Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli əvəzin təmin edilməsi barədə qərar çıxarılması istənilir

2013-cü ildə vergi işçilərinin qapılarını qapadığı “Qanun” jurnalının şikayətinə Avropa İnsan Hüquqları Məhkəməsində baxılacaq.

Redaksiyanın sözügedən işdə hüququ nümayəndəsi Xalid Ağaliyevin bildirdiyinə görə, yerli məhkəmələr “Qanun”un şikayətlərini qanuni araşdırmayıblar.

“2013-cü ildə “Qanun” jurnalı və nəşriyyatı heç bir legitimliyi olmayan yoxlamaya məruz qalıb. Təəssüflər olsun ki, yerli məhkəmələr bu prosesdə yol verilmiş hüquq pozuntularının heç birini aradan qaldırmadı. “Qanun”un bank hesablarına münasibətdə bu pozuntular hələ də davam edir”, deyən hüquqşunas artıq Avropa Məhkəməsinə şikayət edildiyini bildirib. Şikayət artıq icraata qəbul edilib.

Avropa Məhkəməsinə şikayətdə vurğulanır ki, yerli qurumlar, məhkəmələr “Qanun” jurnalına münasibətdə Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinin (mülkiyyət hüququ), 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ), 10-cu maddəsinin (ifadə azadlığı) və 18-ci maddəsinin (hüquqlarla bağlı məhdudiyyətlərdən istifadənin hədləri) pozuntusuna yol veriblər.

Avropa Məhkəməsindən qeyd olunan hüquqların pozuntusunun tanınması, pozulmuş hüquqlara görə ədalətli əvəzin təmin edilməsi barədə qərar çıxarılması istənilir.

“Qanun” jurnalı və nəşriyyatı 2013-cü ildə basqılara məruz qalmışdı. O zamanlar nəşriyyata basqılar həmin il keçirilmiş prezident seçkilərində müxalifətin prezidentliyə namizədi olmuş Cəmil Həsənlinin seçki materiallarının “Qanun”da çap edilməsi ilə əlaqələndirirdilər.

Həmin il noyabrın 1-də Vergilər Nazirliyinin Vergi Auditi Departamenti və Vergi Cinayətlərinin Ibtidai Araşdırması Departamentinin 25-dən çox əməkdaşı heç bir xəbərdarlıq və icazəverici sənəd təqdim etmədən Qanun Jurnalı və nəşriyyatının ofisində yoxlama aparmışdı.

O zaman ofisin giriş və çıxışı qapadılmış, redaksiyanın və nəşriyyatın fəaliyyəti dayandırılmışdı.

Yoxlamalar nəticəsində Qanun jurnalı redaksliyası 45 min manatdan artıq (cərimə və vergi) cərimələnmiş, bank hesablarına həbs qoyulmuşdu.

Yerli məhkəmələr “Qanun”-un şikayətlərinin heç birini təqdim etməmişdi.

Haqqında bəhs olunan yoxlamalardan sonra “Qanun” jurnalı ilə yanaşı, nəşriyyat da cərimələnib. Həmin iş üzrə ölkə içində məhkəmə prosesləri hələ davam edir.

Ana səhifəXəbərlər”Qanun”un şikayətinə Avropa Məhkəməsi baxacaq