”Qanun”da bomba axtarılır

Polis binanı mühasirəyə alıb

Source:


Polis binanı mühasirəyə alıb

“Qanun” Nəşrlər Evi polis mühasirəsindədir. Bu barədə məlumatı naşir Şahbaz Xuduoğlu yayıb.

Hadisə yerinə ictimai fəallar, vəkillər, jurnalistlər toplaşıb. Meydan TV əməkdaşının sözlərinə görə, yalnız vəkillər və Şahbaz Xuduoğlunun qardaşı Sabir Rüstəmxanlı binaya daxil ola biliblər. Hələlik içəridə nə baş verməsi ilə bağlı məlumat yoxdur.

Polislər iyunun 11-də, axşam saatlarında “Qanun”a məxsus binaya gələrək, bomba təhlükəsi ilə bağlı məlumat aldıqlarını, içəridə axtarış aparacaqlarını bəyan ediblər. Lakin axtarışla bağlı sənəd təqdim etmədiklərindən içəriyə daxil olmalarına icazə verilməyib.

Ana səhifəXəbərlər”Qanun”da bomba axtarılır