“QANUN” NƏŞRLƏR EVİ əsgərlər üçün kampaniyay start verdi

Şahbaz Xuduoğlu: “233 adda 1680 ədəd kitab hazırdı, bu gün yola salınacaq”

Source:


Şahbaz Xuduoğlu:


“233 adda 1680


ə


d


ə


d kitab haz


ı


rd


ı, b


u g


ü


n yola sal


ı


nacaq”

“QANUN” NƏŞRLƏR EVİnin direktoru Şahbaz Xuduoğlu əsgərlər üçün kitab kampaniyası elan edib.

Naşir bu barədə “Facebook” statusunda məlumat verib.

Ş.Xuduoğlu hərbi hissələrdə kitabxanaların yox vəziyyətində olduöunu vurğulayaraq yazıb ki, böhranı aradan qaldırmaq və əsgərlərimizi kitabla təmin etmək məqsədilə – bu həm də onlara mənəvi dəstəkdir – hərbi hissələrə kitablar yığılır.

“Bu təşəbbüsə dəstək üçün özümüzdən 2 000 ədəd hazırlamışıq. İstərdim bu işdə əlbir olaq. Kitabxanasında əlavə kitabları olan oxucular, jurnalistlər, yazıçılarımızdan xahiş edirəm, kimdə hədiyyəlik kitab varsa nəşriyyata gətirsin. Kitablar əsgərlərimizə yardıma qoşulanlar adından təqdim olunacaq” – deyə naşir bildirib.

Şahbaz Xuduoğlu Meydan TV-yə söyləyib ki, ilk yardımı nəşriyyat edib: “233 adda 1680 ədəd kitab hazırdı. Bu gün yola salınacaq. Təşəbbüsə qoşulanlar var, məncə təbliğatı artırmaqla daha çox kitablar əldə edə bilərik”.

Ana səhifəXəbərlər“QANUN” NƏŞRLƏR EVİ əsgərlər üçün kampaniyay start verdi