”Qanun” Nəşriyyat Evinin qarşısında post quruldu

Bakı şəhər Polis İdarəsinin 15 nəfərdən çox əməkdaşı işdən sonra “Qanun” nəşriyyatına axtarış aparmağa gəliblər. Şahbaz Xuduoğlu ilə əlaqə saxlanılıb, o, şəhərdə olmadığını deyib.

Polislər nəşriyyatda bomba olduğuna dair məlumat aldıqlarını desələr də, heç bir müdaxilə edilmir, mülkiyyət sahibinin gəlməsi tələb edilib.

Nəşriyyatın açarı gətirilsə də, polisin icazə sənədi olmadığından içəri keçən olmayıb. Mətbəənin direktoru sənəd olmadan içəri daxil olmağa imkan verməyib. Binanın önünə toplaşan şəxslər kənarlaşdırılıb. “Qanun” Nəşriyyat Evinin qarşısında post qurulub.

Ana səhifəVideo”Qanun” Nəşriyyat Evinin qarşısında post quruldu