Serbiya ordusu

Mənbə: google

Başlıq: Serbiya ordusu

Qalmaqallı silah çatdırılmaları: Bakı Tbilisi ilə Belqradı nədə günahlandırır?

Məqalə yeniləndi:  23 İyul 2020

Belqraddan fərqli olaraq, Tbilisi informasiyanı təsdiqləməyib

Bakı Tbilisi və Belqradla ikitərəfli münasibətlərini yenidən nəzərdən keçirə bilər.

“Sova news” yazır ki, Azərbaycan parlamentində Serbiyanın Gürcüstan ərazisindən keçirərək Ermənistana silah çatdırılması ehtimalı bu cür müzakirə olunub. Qalmaqal “Haqqin.az” nəşrinin dərc etdiyi səs-küylü materialdan sonra baş verib.

İyulun 19-da “haqqin.az” informasiya portalı “hərbi mənbələr”ə əsaslanaraq “sensasiyalı faktlar” barədə yazıb: guya Azərbaycanla Ermənistan arasında baş vermiş silahlı qarşıdurmadan bir neçə gün əvvəl Tovuz-Tavuş rayonu sərhədində Serbiyadan Gürcüstan torpağından tranzitlə Yerevana müxtəlif kalibrli minaatan döyüş sursatının iri partiyası çatdırııb.

“Sosial şəbəkələrdə həmçinin belə bir informasiya yayılıb ki, elə həmin günlərdə Ermənistana artıq bu dəfə Rusiyadan QRAD-ın quraşdırılması üçün launçer və minaatan döyüş sursatları ilə dolu KamAZ avtomobilləri keçib”, – nəşr həmçinin xəbər verib.

Müəlliflər üçün ən çox qaranlıq qalan məsələ “strateji partnyorun – qonşu Gürcüstanın davranışı” olub. “Haqqin.az” qeyd edib ki, Tbilisi bir neçə il əvvəl öz ərazisindən Ermənistan üçün hərbi yüklərin daşınmasına qadağa qoyub. Amma indi istisna edib.

“Azərbaycan-Serbiya” nümunəsi

“Sova news” saytının hazırladığı məqalədə qeyd olunur ki, Azərbaycanda Serbiyanın işlərinin müvəqqəti müvəkkili Danisa Veinoviç ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb. AR Xarici İşlər Nazirliyinin nümayəndələri diplomata xəbər veriblər ki, silahın çatdırılması haqda məlumatlar etibarlıdır və təsdiq olunub. Veinoviç öz növbəsində deyib ki, bu məlumatdan xəbərsizdir, lakin onu Belqrada çatdıracaq.

Daha sonra “BBC News”-un Serbiya xidməti adını çəkmədiyi diplomatik mənbəyə əsaslanaraq xəbər verib ki, Belqrad Gürcüstan ərazisindən keçirməklə Ermənistana silah çatdırılması haqda xəbərləri araşdıracaq.

Bununla yanaşı, “O Serbiyi po russki” nəşri “Serbiya Ermənistana slah çatdırdığını boynuna alıb” başlıqlı material dərc edib. Orda deyilir ki, ölkənin ticarət, turizm və telekommunikasiya naziri Rasim Lyaiç (məhz bu qurum silahın eksportuna icazə verir) Yerevana silah çatıdırldığını qismən etiraf edib.

Ermənistanın baxışı: münaqişənin yeni geolokasiyası və Türkiyə faktoru

“2020-ci ildə Ermənistana silahı bir şəxsi firma çatdırıb, dövlət şirkətləri bu işdə iştirak etməyib. Hansı firmadan söhbət getdiyini deyə bilmərəm, amma onun əsasən tüfəng və tapança çatdırdığı məlumdur. Bu silahın dəyəri milyon avrodan az olmayıb və o may, iyun aylarında çatdırılıb”, – Lyaiç “Nova.rs” saytına söyləyib.

O, həmçinin guya xəbər verib ki, eksporta XİN, DİN, Müdafiə Nazirliyi və xüsusi xidmətlər icazə verib. Nazir qeyd edib ki, Ermənistana qarşı heç bir sanksiya mövcud deyil və belə olan halda alıcının təklifini rədd etmək çətindir.

“Azərbaycan-Gürcüstan” keysi

“Sova news” yazır ki, Belqraddan fərqli olaraq, Tbilisi nə bilavasitə, nə də birbaşa “Haqqin.az” nəşrinin informasiyasını təsdiqləyib. Gürcüstan XİN-i məqaləni “yanlış məlumatlarla dolu dezinformasiya” adlandırıb:

“İlk baxışda ciddi internet nəşrinin faktları qeyri-obyektiv şəkildə təsvir etməsi, cəmiyyətdə yanlış fikir yaratması və Gürcüstan-Azərbaycan strateji partnyorluq və dostluğuna kölgə salmaq istəməsi kədərləndirir. Xarici İşlər Nazirliyi bəyan edir ki, bu məqalə qərəzlidir və iki strateji partnyor arasında süni problemin yaranmasına istiqamətlənib”.

Tbilisidə həmçinin qeyd ediblər ki, Gürcüstan və Azərbaycan təkcə strateji partnyorluqla deyil, həm də iki xalq arasında keçmişə dayanan dostluqla bağlanıb. “Hər iki ölkə əhəmiyyətli regional və beynəlxalq layihələr də daxil olmaqla, bölgədə mühüm rol oynayır”, – XİN-in mətnində deyilir.

“Haqqin.az” Gürcüstan XİN-in bəyanatına cavab olaraq “bəzi faktlar”ı təqdim edib. “Azərbaycana dost olan ölkənin xarici siyasət qurumu quru yolla Rusiyadan gətirilən, Gürcüstanın torpağında yerləşdirilən, az sonra Ermənistan sərhədinə çatdırılan launçerlərin şəkilləri barədə nə deyir?“, – iki şəkil dərc edən nəşrdə bəyan ediblər.

“Biz ürəkdən ümid edirik ki, bu dəfəki faktlar gürcü diplomatları üçün mübahisə obyekti olmayacaq, çünki hərbi texnikanın yerləşdiyi yer Gürcüstanda yaşayan insanlarda şübhə və sual doğurmamalıdır. Həmin hərbi texnika sayılı saatlardan sonra dövlət sərhədini keçəcək və Azərbaycana qarşı döyüşən ölkəyə sarı istiqamətlənəcək”.

“Haqqin.az”-da həmçinin xəbər veriblər ki, obyektiv səbəblərdən informasiyanı daha detallı şəkildə açıqlaya bilmirlər. “Biz yalnız onu qeyd edə bilərik ki, Gürcüstan hökuməti Ermənistan üçün nəzərdə tutulmuş silahın Amerika Konqresinin sanksiyası altında olan şəxslər tərəfindən torpağına buraxılmasına imkan verib”.

“Söhbət Slobodan Tesiçdən gedir. Azərbaycanlı jurnalistlərin məlumatına görə, bu şəxs “kriminal silah alverçisidir” və Vaşinqtonun sanksiyaları altındadır”, - sayt yazır.

Azərbaycanın reaksiyası

Milli Məclisin deputatı Kəmaləddin Qafarov bəyan edib ki, Bakı Belqrad və Tbilisi ilə ikitərəfli münasibətlərini yenidən nəzərdən keçirə bilər. Əgər “onlar öz səhvlərinin boyunlarına almazlarsa və bunun bir daha təkrarlanmayacağına zəmanət verməzlərsə“, bu baş tutacaq.

“Biz Serbiya ilə Gürcüstanın Tovuz istiqamətindəki sərhəddə Ermənistanın provokasiyasının mühakimə edəcəklərini gözləyirdik, lakin inandırıcı faktlara əsaslanmış informasiya, – onlar gizli şəkildə bizim şərəfsiz qonşularımızı dəstəkləyiblər, – bütün həmyerlilərimiz kimi məni də heyrətləndirib”, – o, “yap.org.az” nəşrinə deyib.

“Gürcü hökumətinin xəyanətkar siyasəti ifşa edilməlidir”

Onun sözlərinə görə, əgər Gürcüstanın “Azərbaycana qarşı provokasiyada” iştirakı sübuta yetirilərsə, onda o öz mövqeyini həmçinin Türkiyə və regionda energetika layihələrində iştirak edən digər iştirakçı dövlətlərə ifadə etməlidir.

“Azərbaycan mediasında dərc olunmuş materiallara rəsmi Tbilisinin sərt reaksiyası, “Oğru elə bağırdı ki, doğrunun bağrı yarıldı” cəhdi bu nəticənin doğru olması ehtimalını artırır”, – Qafarov qeyd edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 İyul 2020
Bölmələr:  
qısa linklər:   http://mtv.re/b2tfik

Ən çox baxılan