Qalib Arifin oğluna hökm oxundu

19 yaşlı gənc 6 il azadlıqdan məhrum edildi

Source:
Qalib Arif
Qalib Arif


19 yaşlı gənc 6 il azadlıqdan məhrum edildi

Martın 16-da Bakı Ağır Cinayətlər Məhkəməsində Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri, “Polis” qəzetinin baş redaktoru Qalib Arifin oğlu Arif Rəhimova hökm oxunub. O, 6 il müddətinə azadlıqdan məhrum edilib.

19 yaşlı Arif Rəhimov iki nəfərin ölümü, daha üçünün xəsarət almasına səbəb olmuş yol qəzasına görə həbs edilib.

Hadisə 2017-ci il sentyabrın 7-də Bakı-Ələt yolunda baş verib. Daxili İşlər Nazirliyinin (DİN) yaydığı məlumatda bildirilir ki, Arif Rəhimov idarə etdiyi “Subaru” markalı avtomobili yolun kənarında dayanmış, Seymur Məmmədova məxsus “Toyota Prado” markalı maşına vurub. Bundan sonra Arif Rəhimov idarəetməni itirib və bu dəfə Lerik rayon sakini Füzuli Məmiyevin idarə etdiyi “Opel”ə çırpılıb. “Opel”in sürücüsü Füzuli Məmiyev və onun maşınında olan qohumlarından Kamal Məmmədov hadisə yerində dünyasını dəyişib.

Hadisə zamanı Arif Rəhimov özü də yaralanaraq, xəstəxanaya yerləşdirilib.

Qəzanın Arif Rəhimov dəniz kənarındakı istirahət mərkəzlərindən birindən qayıdarkən baş verdiyi bildirilir.

Arif Rəhimov BDU-nun jurnalistika fakültəsinin birinci kurs tələbəsi idi.

Arif Rəhimov məhkəmədə özünü qismən təqsirli bilib.

Qalib Arif özü də bu cinayət işində zərərçəkmiş qismində tanınıb. Çünki “Subaru” ona məxsus olub. Oğlu maşını etibarnamə əsasında idarə edib. Hadisə vaxtı etibarnamənin də müddəti bitib.

Ötən prosesdə dövlət ittihamçısı Arif Rəhimova 8 il iş

istəmişdi.

Ana səhifəXəbərlərQalib Arifin oğluna hökm oxundu