Türkiyə klubu “Qarabağ”la qarşılaşacaq
Türkiyənin “Qalatasaray” klubu Bakıda xeyriyyə oyunu keçirəcək.
İstanbul təmsilçisi Bakı Olimpiya Stadionunda Azərbaycanın “Qarabağ” komandası ilə qarşılaşacaq.
“Qalatasaray”ın Bakıda qarşılanma və oteldə yerləşdirilmə işlərini “Can Sports” idman turizmi və konsaltinq şirkəti həyata keçirəcək. Şirkətin rəhbəri Nurlan İbrahimov Meydan TV-yə bildirib ki, “Qarabağ” – “Qalatasaray” matçı martın 26-da keçiriləcək və saat 20:00-da başlayacaq.
“Qarabağ” – “Qalatasaray” oyununun bilet satışından əldə olunacaq gəlir Türkiyədə zəlzələdən əziyyət çəkənlər üçün təsis edilmiş yardım fonduna köçürüləcək.