Bu barədə Dövlət Neft Şirkətinin Kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidenti Xaliq Məmmədov məlumat verib.
Mərkəzdən AZXEBER.COM-a verilən məlumata görə, qəbul edilən qərar universitetinin idarəçiliyinin effektivliyini artırmaq məqsədi daşıyır. Elmar Qasımov Bakı Ali Neft Məktəbi ilə yanaşı müvəqqəti olaraq Qafqaz Universitetinin də idarəçiliyinə rəhbərlik edəcək.
“Azərbaycan Beynəlxalq Təhsil Mərkəzinin bugünkü qərarı ilə Qafqaz Universiteti Bakı Ali Neft Məktəbinin idarəçiliyinə verildi. Tələbələr təhsilini olduğu kimi davam etdirəcək, müəllim və pedoqoji heyət də fəaliyyətini davam etdirəcək”, – deyə vitse-prezident qeyd edib.