”Qafar müəllim olmayan kimi məktəbdə xaos başlandı”

Bakı Məktəb Lisey Kompleksində təhsil alan şagirdlərin valideynləri direktor Qafar Hüseynovun məktəbdən uzaqlaşdırılmasına etiraz edirlər. Onlar deyir ki, dərs ili başlayandan Qafar müəllimi məktəbdə görməyiblər. Onu başqa direktor əvəz edir. Onlar Qafar müəllimin səhhəti ilə bağlı büllütendə olmasına inanmırlar.

Valideynlər bildirir ki, Qafar Hüseynov işdən uzaqlaşandan siniflərdə bölgülər yaranıb, növbələr dəyişib.

Bakı şəhəri üzrə Təhsil İdarəsi isə ötən gün mətbuata açıqlayıb ki, məktəbin direktoru Qafar Hüseynovun işdən çıxarılması barədə xəbərlər yanlışdır və direktor hazırda fəaliyyətdədir.

Ana səhifəVideo”Qafar müəllim olmayan kimi məktəbdə xaos başlandı”