Qadının xoşbəxtlik arzuları…

Deyingən bir yazı…

Source:

İndi əgər desəm ki, bizim ölkədə qadınların əksəriyyətinin kitab oxumaqdan, yazıçı, şairlərlə səmimiyyət qurmaqdan xoşu gəlir, xoşbəxt olurlar, əminəm, üç yüz dəfə lənətlərsiniz məni. Çox uzağa getməyək, ölkəmizin bir qisim xanımlarından danışaq. Yadımdadır, bir dəfə dayım qızına şeir göndərmişdim oxumağa , o da cavab yazmışdı ki, “səndəki səbrə malades!”. Şeirdən bir kəlmə olsun nəsə deməmişdi.

Mən həmişə narahatlıq içində yaşayıram. Məsələn, parkda, metro çıxacaqlarında, dalanlarda, tinlərdə gördüyüm gözəl xanımların boz oğlanlarla xoşbəxt olmalarının səbəblərini bilmək istəyirəm. Yaxın vaxtlarda Naftalanda media-forumda ştrak etmişdim. Naftalana çatan kimi iştirakçı xanımların çoxunun hər stolda oturub, ayağını ayağının üstə aşırıb, şəkil çəkdirmələrinə doyunca baxmışdım.

Hamının üzü saqqallı, şalvarı cırıq-cırıq oğlanlara necə meyl etdiyinin şahidi oldum orada. Ancaq elə bir şansım olmadı ki, həmin xanımlardan bu istəyin kökündə nəyin dayandığını soruşum. Maləsəf…

Bir çox qadınlar giley-guzar edirlər ki, kişilər onlara əşya kimi baxır. Uzaqdan –uzağa deyirəm, canınız çıxardı vaxtında o pırpız baş, qaşlarını aldıran oğlanlarla metro çıxacaqlarında, dalanlarda, tinlərdə və mesajlarda sevişməzdiniz. Bir klassik deyim var, ruslarda daha çox işlənir: “Qadınlar qulağıyla sevər…”

Doğurdan da, qadınlar qulağıyla sevirlərsə , illər sonra ərinin ona güllə kimi yağdırdığı söyüşləri də sevsinlər də. Necə də tükürpədici deyim olduğunun fərqinə vara bildinizsə, nə gözəl…

Dünyanın qlobal probleminə buzlaşma, istiləşmə, ərzaq çatışmazlığı, müharibə kimi elementlər daxil edilib, bircə xoşbəxtliyi çatmayan qadın bədənləri salınmayıb o siyahıya…

Bizim ölkədə qadınların böyük qismi kitab evlərinin yox, paltar mağazalarının vizit kartlarını, ünvanlarını gəzdirirlər. 24 saat vaxtın 12 saatını paltar satılan yerlərdə, qalan 5 saatını yolda o paltar haqqında söhbətlər etməklə, 5 saatını evdə güzgü önündə geyinməklə, 2 saatını da o paltarda şəkil çəkdirib sosial şəbəkələrdə yayımlamaqla keçirirlər.

Bu qədər zamanı boşu-boşuna xərcləyən qadının dünyagörüşündən nə danışasan? Ağzını açan kimi paltardan, zövqdən danışacaq. Sonucda səni zövqsüz, heç nəyə yaramayan, köhnə fikirli adlandıracaq. Bir kişi hər gördüyü qadının hansı elmi bazaya,hansı dünya görüşə malik olduğunu bilmir. Çaşıb ona sevgi elan edirsən, o da səni məişət problemləriylə baş-başa qoyub, çıxıb gedir.

Məsələn, deyir İçərişəhərdə olmasa da, Biləcəridə evin olsaydı, atanın bir biznesi olsaydı, Novxanıda bağın olsaydı, maşının olsaydı, mən “hə” deyərdim. Arxasınca da öz “nobel nitqi”ndən qürur duyub, məsləhət verməyi də unutmur.

12 cüt qabırğandan, 34 fəqərəndən süzülüb gələn ağrı ömür boyu adamın canında qalır. Kafkanı yox ha, Çingiz Abdullayevi oxumayan qadın sənə gələcək haqqında məsləhətlər verir, deyir həyat sən bildiyin kimi deyil, bir az gəz dolaş həyatı anla, dünyaya açıl…

İndi nə edək biz yazıqlar?


Yazı müəllifin şəxsi mövqeyini əks etdirir. Müəllifin mövqeyi Meydan.Tv-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.

Ana səhifəXəbərlərQadının xoşbəxtlik arzuları…