Qadını vuran polis maşınının Paşinyanın kortejində olduğu müəyyənləşib – yenilənib

Shutterstock – Photographee.eu

Baş nazir Paşinyan Sona Mnatsakanyanın ailəsinə başsağlığı verib. Ötən gün onun hadisə ilə bağlı səssiz qalması narazılığa səbəb olmuşdu

+++

Çərşənbə günü Paşinyan sosial mediada səs-küyə səbəb olan insidentlə bağlı səssiz qalıb. O, 28 yaşlı Sona Mnatsakanyanın ailəsinə başsağlığı verməyib.

Ermənistan polisi görünməmiş qəzadan qısa müddət sonra Mnatsakanyanın üzərinə çıxan avtomobili onların zabitlərindən birinin idarə etdiyini təsdiqləyib. O, çərşənbə axşamı daha sonra həbs edilib.

İstintaq Komitəsinin ayrı-ayrılıqda yaydığı bəyanatda deyilir ki, zabit zərərçəkənə kömək etmək üçün dayanmayıb və cəmi iki saatdan sonra hadisə yerinə qayıdıb.

Hakim Mülki Müqavilə Partiyasından olan deputat Mariya Karapetiyan faktiki olaraq təsdiqləyib ki, polis maşını Paşinyanın olduğu kortejin bir hissəsidir. O, Azadlıq Radiosunun erməni xidmətinə bildirib ki, Baş nazir onunla və digər hökumətyönlü parlamentarilərlə görüşə yollanıb.

Karapetyan bildirib ki, Yerevan xəstəxanası piyadanın ölümü ilə bağlı xəbəri alandan sonra iclas yarımçıq qalıb.

“Belə şəraitdə topladığımız gündəm haqqında danışmağa davam etmək çox çətin idi”,- dedi.

Bəzi KİV-lərin məlumatına görə, qəza küçə kameralarına düşüb. Onların yaydığı videolarda gənc qadının Yerevanın mərkəzində küçədən keçərkən polis avtomobili tərəfindən vurulduğu göstərilir. Paşinyan və mühafizəçilərini daşıyan avtomobillər bir neçə dəqiqə sonra onun yanından keçib.

Tanınmış erməni bloqçu Samvel Martirosyan kortecin Paşinyanın bir neçə yüz metr aralıda yerləşən şəxsi iqamətgahından çıxdığı anın şahidi olub. O bildirib ki, avtomobillər ölümlə nəticələnən qəza yerinə gedərkən yol polisi əməkdaşları “vəhşicəsinə” hərəkət ediblər.

“Onlar isterik bir şəkildə qışqırdılar və onları yolu təmizləməyə məcbur etmək istəyərkən az qala digər avtomobilləri vurdular”, – Martirosyan deyib.

Radionun erməni xidmətinin yazdığına görə, Paşinyan 2019-cu ilin mayında öyünüb ki, Ermənistanın keçmiş liderlərindən fərqli olaraq, kortejlərinin işıqforun qırmızı işığında dayanmasına nail olub. O, bunu hakimiyyətinin iddia edilən nailiyyətləri sırasına salıb.

Zərərçəkmiş Sona Mnatsakanyan erməni xeyriyyə təşkilatı olan “Qəhrəmanlarımızı dəstəkləyin” təşkilatının yaradıcılarından biri olub. O, təşkilatın Dağlıq Qarabağda həyata keçirdiyi layihəni koordinasiya edib.

Ana səhifəXəbərlərQadını vuran polis maşınının Paşinyanın kortejində olduğu müəyyənləşib – yenilənib