Qadın və kişi hüquqlarının bərabərliyini təbliğ edən layihə başlayıb

Layihə “Fırfıra” Hərəkatı tərəfindən hazırlanıb

Source: google.az


Sosial şəbəkələrdə #GücümüzBərabərdir adıyla paylaşımlar etmək lazımdır

Mayın 7-də qadın və kişilərin bərabər imkanlar və hüquqlarla təmin olunmasına çağıran #GücümüzBərabərdir layihəsi başlayıb.

Layihə “Fırfıra” Hərəkatı tərəfindən hazırlanıb. Layihənin əlaqələndiricisi Vəfa Əlinin verdiyi məlumata görə, məqsəd insanları qadın və kişi hüquq bərabərliyini təmin etməyə, qadın iştirakçılığının artırılmasına dəstək olmağa çağırmaqdır.

Layihə çərçivəsində qadın və kişinin bərabər olduğunu dəstəkləyən hər kəs əl-ələ şəkillərini sosial media hesablarından paylaşaraq layihəyə dəstəyini bildirir. #GücümüzBərabərdir sosial kampaniyası cəmiyyətdə qadınlarla bağlı yaranan stereotiplərə alternativlər verməklə qadın və kişi hüquq bərabərliyini təbliğ edir. “UNICEF qadın və kişilərin, qız və oğlanların eyni şərtlərlə, hüquqlarla, imkanlarla yaşamasını nəzərdə tutur. Konstitusiyamız da qadın və kişilərin bərabər hüquqlarla yaşamasını təmin edir. Bəs biz bərabər şərtlərlə və imkanlarla yaşayırıqmı?” sualı ilə başlayan kampaniya bərabərlik ideyasını dəstəkləyən qoşulmağa, bu layihənin bir hissəsi olmağa çağırır. Bildirilir ki, artıq bir çox sosial media fenomeni “Facebook” və “İnstagram” sosial şəbəkəsindən bu çağırışa qoşulub.

Layihə əlaqələndiricisi deyir ki, kampaniyaya qoşulmaq üçün sosial media kanallarından istifadə edərək fotonu həştəqlə paylaşmaq lazımdır. Bildirilir ki, "Fırıfra" Hərəkatının əsas hədəfi cəmiyyətdə mövcud olan sosial problemlərin təbliğatı və sağlam mühiti formalaşdırmaqdır.

Ana səhifəXəbərlərQadın və kişi hüquqlarının bərabərliyini təbliğ edən layihə başlayıb