DİN qətldə şübhəli bilinənin polisə təslim olduğunu bildirir
Aprelin 13-də günorta saat 12:40-da Bakının Binəqədi rayonu, Rəsulzadə qəsəbəsindəki gözəllik salonlarından birində qətl hadisəsi baş verib. Orada 1986-cı il təvəllüdlü Aygün Yusifova bıçaqlanaraq qətlə yetirilib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bu barədə yayılan məlumatda bildirilir ki, Aygün Yusifovanın həyat yoldaşı tərəfindən qətlə yetirildiyi iddia olunur.
DİN-in məlumatına görə, 1980-ci il təvəllüdlü İsrafil Yusifov hadisədən sonra polisə gələrək cinayət barədə məlumat verib və təslim olub.