“Qaçqınkom”un əməkdaşları evin içinə girməyə qorxdular”

“Qaçqınkom”un əməkdaşları evin içinə girməyə qorxdular”

Əcəbnaz Məmmədova havalar soyuyan kimi evini isitmək üçün köhnə parçalardan və salafanlardan istifadə edir. Lakin qonşusu Alvina Məmmədova tavanındakı yarıqlara heç bir çarə tapmır. Tək ümidi tezliklə daha yaxşı bir evə köçürülməkdir.

Binəqədi rayonu, B.Sərdarov adına 7 saylı sexin yataqxanasında 27 ildir ki, məcburi köçkünlər məskunlaşıb. Son bir ilə qədər “Maşınqayırma” zavodu Əmlak Məsələri üzrə Dövlət Komitəsinə satılıb. Onların da əməkdaşları sakinlərin yaşadığı binanı xarabalığa çevirib.

Zavod bağlanandan sonra məlum olub ki, sakinlərin “Azəriqaz”a külli miqdarda borcları var. Onlar iddia edir ki, həmin borclar zavoda aiddir.

“Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidməti bildirdi ki, onlar məsələni Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə həll etməyə çalışacaqlar.

“Məcburi köçkünlərin gələn il yeni mənzillərə köçürülməsi nəzərdə tutulub”. Bunu Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin mətbuat katibi İbrahim Mirzəyev bildirdi.

Ana səhifəVideo“Qaçqınkom”un əməkdaşları evin içinə girməyə qorxdular”