Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Mənbə: google.az

Başlıq: Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

“Qaçqınkom” mənzil verdi, sabahı gün əlimdən aldı”

Füzuli köçkünü deyir, ona verilən mənzilin kilidi dəyişdirilib, sonra da bildirilib ki, mənzil ona səhvən verilib

“Məni “Qaçqınkom”a çağırdılar, evin açarlarını verdilər, dedilər, bu da sənin evinin açarı, get, içərisində sağlıqla yaşa... Mən də aparıb əşyalarımı həmin evə yığdım. Sabahı gün evə qayıdanda gördüm ki, qapının kilidi dəyişdirilib”.

İlahə Səfərovanın 32 yaşı var. Füzulinin Şükürbəyli kəndindən köçkün düşəndə azyaşlı olub. Valideynləri ilə Bakıda köçkün həyatı yaşayıb. Bir neçə il əvvəl Bayılda ev alıblar, ancaq o ev də sonradan Bayıldakı söküntü bumunun qurbanı olub. Hökumət ailəyə Bakı ərazisində köçkünlər üçün salınmış şəhərcikdən ikiotaqlı mənzil verib. İlahə Səfərova isə ailə qurduğuna görə valideynlərindən ayrılıb. Ancaq bu yaxınlarda həyat yoldaşından da boşanıb. Deyir, getməyə yeri olmadığına görə, azyaşlı övladı atasıyla qalıb. Özü isə mənzil üçün Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinə müraciət edib.

“Özləri əşyalarımı maşına yığıb həmin evə apardılar”

“1 il “Qaçqınkom”a ayq döydüm, yalvardım, yaxardım, dedim, küçələrdə qalmışam. Davamlı ərizələr yazdım. Nəhayət, “Qaçqınkom”un Aparat rəhbəri Eldar Zeynalovun tapşırıyla mənə sentyabrın 3-də Pirallahı rayonu, yeni yaşayış kompleksi-300, bina 3, mənzil 16-dakı 1 otaqlı mənzil verildi. “Qaçqınkom” maşın ayırdı, əşyalarımı özləri həmin maşına yığıb, aparıb həmin mənzilə yerləşdirdilər. Sənədləşmə oldu, evin orderini də mənə verdilər. Binanın ərazisinə baxan MİS-dən mənə sənəd verildi, dedilər, apar təqdim elə ASAN Kommunal Xidmətə, qazın kartını həll elə. Mən də dedikləri kimi etdim, qazın kartını aldım, götürüb sentyabrın 6-da gəldim evə ki, yır-yığış edim. Açarı kilidə saldım, nə qədər çalışdım, açar qapını açmadı. Başa düşdüm ki, kilid dəyişdirilib. MİS-ə müraciət etdim,” – İlahə Səfərova deyir.

1 il “Qaçqınkom”a ayq döydüm, yalvardım, yaxardım, dedim, küçələrdə qalmışam

1 il “Qaçqınkom”a ayq döydüm, yalvardım, yaxardım, dedim, küçələrdə qalmışam

Mənbə: meydan.tv

“Kilidi dəyişdilər, dedilər, mənzil sənə səhvən verilib”

İlahə Səfərovanın sözlərinə görə, ona mənzilin səhvən verildiyi bildirilib:

“Dedilər, “Qaçqınkom” sənə bu mənzili verməyib, sənədləşmə düz aparılmayıb, sənə Qobudan mənzil veriləcək. O evsə hələ tikilməyib. O gün-bu gün mən küçəklərdə qalmışam, hətta parkda gecələmişəm. Mənim əşyalarım, hətta geyimlərim də hələ o evdə qalıb. Qapını da açmırlar ki, əşyalarımı götürüm. “Qaçqınklom”a getmişəm, deyirlər, sənə ev düşmür. Füzulinin həmin kəndi çoxdan işğaldan azad olunub. Deyirəm, əgər belə idisə, niyə mənə o evi vermişdiniz? Necə olur ki, valideynlərimə ev verilir, mənə yox? Həmin kənd işğaldan azad olunsa da, orda yaşamaq üçün şərait yoxdur və o kənddən köçkün düşənlərin köçkün statusu ləğv edilməyib. Yüzlərlə insan var ki, həmin kənddən köçkün düşüb və hazırda köçkün şəhərciklərində, dövlətin verdiyi evlərdə yaşayırlar”.

Deyirəm, əgər belə idisə, niyə mənə o evi vermişdiniz?

Deyirəm, əgər belə idisə, niyə mənə o evi vermişdiniz?

Mənbə: meydan.tv

“Deyir, get, atanla, ananla yaşa...”

İlahə Səfərovanın sözlərinə görə, əvvəllər ucuz qiymətə tapıb yaşadığı kirayə ev də əlindən çıxıb. İndi qalmağa yeri yoxdur:

“Küçələrdə qalmışam, “Qaçqınkom” məni küçələrə salıb... Uşağımın üzünə də həsrətəm, qayğısını çəkə bilmirəm. Deyirəm, imkan verin, uşağımı yanıma alım, müvəqqəti olaraq Pirallahıdakı həmin evdə qalım, onsuz da əşyalarım ordadır, Qobudakı ev nə vaxt hazır olar, köçərəm Qobuya... Deyirlər, yox, olmaz, sonra səni həmin evdən çıxara bilmərik. 1 otaqlı evə görə mənə “içərisində rahat yaşayasan, xeyirli olsun” deyən Eldar Zeynalov indi dönüb başqa adam olub, mənə deyir, boşanmısan, mənə nə, get, atan, anan yer versin, yanlarında qal... Mənim 32 yaşım var, övladım var, ayrıca ailə təsərrüfatıyam, niyə atamın, anamın qoltuğunda yaşamalıyam? Xəstə adamlardır, özləri köçkün şəhərciyində yaşayırlar, nəyə görə övladımla onlara sığınıb rahatlıqlarını pozmalıyam?”

Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsindən Meydan TV-yə bildirlib ki, İlahə Səfərovanın mənzil məsələsində yaranmış anlaşılmazlıq araşdırılır. Araşdırmalardan sonra İlahə Səfərovaya ətraflı məlumat veriləcək.

Mənim 32 yaşım var, övladım var, ayrıca ailə təsərrüfatıyam, niyə atamın, anamın qoltuğunda yaşamalıyam?

Mənim 32 yaşım var, övladım var, ayrıca ailə təsərrüfatıyam, niyə atamın, anamın qoltuğunda yaşamalıyam?

Mənbə: meydan.tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/akaj95

Ən çox baxılan