“ Məni tanımadığım yerə aparıb bir gün saxladılar. Sonra mənə dedilər ki əgər şikayət etməsəm, məni geri qaytaracaqlar ”.
Gürcüstanın Qardabani rayonunun 17 yaşlı sakini Səbinəni bir neçə gün əvvəl hazırlıqdan evə gələrkən yolda razılığı olmadan qaçırdıblar. Həmin vaxt onun yanında olan anası oğlanlar tərəfindən döyülərək, yaxınlıqdakı su arxına atılıb. Bir gün tanımadığı yerdə qalan Səbinə şikayət etməyəcəyi təqdirdə geri qaytarılıb. O deyir ki, məktəbdə yaxşı oxuyub, arzusu həkim olmaq olub. Lakin məktəbdə oxuyarkən bir oğlanın onu istədiyini bilsə də, buna məhəl qoymadığından onun Səbinəni qaçıracağını eşidib. Bu səbəbdən də hər gün hazırlığa atası ilə gedib-gəlirmiş:
Bu yazı 9 ildən çoxdur ki, yayımlanıb.
Yayımlandı: 20 İyul 2015 15:32