Xaricdə yaşayan bloger Qabil Məmmədov barəsində qiyabi azadlıqdan məhrumetmə cəzası çıxarılıb.
Bu gün Bakı Ağır Cinayət Məhkəməsində ona qarşı yekun məhkəmə prosesi keçirilib.
Qabil Məmmədov "Youtube" kanalında hakimiyyətə qarşı sərt çıxışları ilə tanınır.
Qabil Məmmədov Cinayət Məcəlləsinin ayrı-ayrı şəxslərə yalan vəd verməklə dələduzluq etmə, hədə-qorxu ilə tələb etmə, terrorçuluq, hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə, ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və başqa maddələrilə ittiham olunur.
Xaricdə yaşadığı üçün ona ittiham elan etmək mümkün olmadığına görə barəsində bu ilin yanvarında Binəqədi rayon Məhkəməsinin qərarı ilə qiyabi həbs qərarı çıxarılıb.
Hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən məhkəmədə Qabil Məmmədov barəsində 16 il müddətinə azadlıqdan məhrumetmə hökmü çıxarılıb.