İndoneziya, Azərbaycan və Pakistan Qəzza zolağına sabitlik qüvvələri göndərmək üçün əsas namizədlərdir.
Bu barədə “Politico” nəşri məlumat yayıb.
Xəbərdə adları açıqlanmayan ABŞ rəsmisinə istinadən bildirilir ki, İndoneziya, Azərbaycan və Pakistan Qəzzaya gedəcək sabitləşdirmə qüvvəsinə qoşulmaq üçün əsas namizədlər hesab olunurlar.
Hazırda qüvvənin tərkibi ilə bağlı danışıqlar davam edir və hələlik heç bir ölkə rəsmi öhdəlik götürməyib.
Trampın 20 maddəlik sülh planına əsasən, ABŞ ərəb ölkələri və digər tərəfdaşlarla birlikdə müvəqqəti sabitləşdirmə qüvvəsi yaratmaq istəyir. Bu qüvvə fələstinli polis əməkdaşlarına təlimlər keçəcək və onlara dəstək verəcək.
ABŞ bildirib ki, amerikalı hərbçilər Qəzzaya daxil olmayacaqlar.
Hazırda ABŞ İsrailə 200 əsgər göndərib. Onlar atəşkəsin qorunması və Qəzzanın sabitləşdirilməsi üçün yaradılan koordinasiya mərkəzində işləyəcəklər. Mərkəzdə Misir, Qətər və BƏƏ-nin hərbçilərinin də olacağı bildirilir.
Yayımlandı: 16 Oktyabr 2025 12:59