Bu gün, dekabrın 9-da Bakı Ağır Cinayətlər Məhkəməsində “Azadlıq” qəzetinin Fransada yaşayan baş redaktoru, jurnalist Qənimət Zahidin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Məhkəməyə hakim Fəxri Məmmədov sədrlik edib.
Prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Növbəti məhkəmə prosesi dekabrın 16-na təyin olunub.
Bu cinayət işi üzrə ibtidai istintaq noyabrın 17-də bitib.
Qənimət Zahid dövlət əleyhinə yönələn açıq çağırışlar maddəsi ilə ittiham olunur.
Mayın 31-də onun barəsində qiyabi həbs qərarı çıxarılmışdı. Bu barədə jurnalist özü şəxsi “Facebook” səhifəsində məlumat yaymışdı.
O, özünü təqsirli bilmir və bunu jurnalist fəaliyyəti ilə əlaqəli olduğunu bildirir.