Putinlə Ruhani hərbi-texniki əməkdaşlığı müzakirə edəcək

Avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin ilk üçtərəfli görüşü olacaq

Source:


Avqustun 8-də Azərbaycan, İran və Rusiya prezidentlərinin ilk üçtərəfli görüşü olacaq

Rusiya və İran prezidentləri Vladimir Putin və Həsən Ruhani arasında Bakıda keçiriləcək görüşdə iki ölkə arasında hərbi-texniki əməkdaşlıq məsələsinin müzakirəsi nəzərdə tutulur.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov “İzvestiya” qəzetinə deyib ki, bu məsələ iki ölkə lideri arasında baş tutacaq danışıqların gündəliyinə salınıb.

D.Peskov qeyd edib ki, Rusiya nümayəndə heyyətinin tərkibində baş nazirin birinci müavini, hərbi sənaye kompleksinə cavabdeh şəxs Dmitri Roqozin də olacaq.

Qəzet yazır ki, 2007-ci ildə imzalanan müqaviləyə əsasən bu il Rusiya İranı C-300 raketləri alacaq siyahıda ilk sıralara keçirib və hərbi-texniki əməkdaşlıq üzrə federal xidmət C-300 raketlərinin ikinci partiyasını da göndərməyə hazırlaşır.

Amma Peskov kontraktın həyata keçirilməsinin mümkünlüyü barədə deyilənləri nə təstiq, nə də inkar edib.

Avqustun 2-də Kremlin mətbuat xidməti Putinin Azərbaycana səfəri haqqında məlumat yayıb. Məlumatda səfərin avqustun 8-də baş tutacağı və Putinin Azərbaycan və İran prezidentləri ilə keçiriləcək ilk üçtərəfli görüşdə iştirak edəcəyi bildirilirdi.

Görüşdə hər üç ölkə başçısının beynəlxalq, regional siyasətin aktual problemlərinin, energetika və nəqliyyat sahəsindəki əməkdaşlıqlarının müzakirə ediləcəyi gözlənilir.

Ana səhifəXəbərlərPutinlə Ruhani hərbi-texniki əməkdaşlığı müzakirə edəcək