Putinin qızlarına da sanksiya tətbiq edilə bilər

Mənbə: Mail Online

Aİ və ABŞ yeni sanksiyalar tətbiq etməyi düşünür

Prezident Vladimir Putinin qızlarına qarşı sanksiyaların nəzərdən keçirildiyi barədə xəbərlərlə Avropa İttifaqı və ABŞ-ın Rusiyaya qarşı əlavə tədbirləri açıqlayacağı gözlənilir.
“The Guardian” belə yazır. Ukrayna Prezidenti Volodimir Zelenskinin BMT-də müharibə cinayətləri ilə bağlı çıxışından bir gün sonra Aİ diplomatları Rusiya kömürünün qadağan edilməsi, dörd əsas bankla əməliyyatların dayandırılması və bir çox rus gəmisinin AB limanlarından çıxmasına qadağa qoyulmasını müzakirə etməyə hazırlaşıblar.
Wall Street Journal” və “Bloomberg” xəbər agentliklərinin planla tanış olan insanlara istinadən verdiyi məlumata görə, Rusiya liderinin ən yaxın ailə üzvləri də artan sanksiyalar siyahısına əlavə oluna bilər. Mariya Vorontsova və Katerina Tixonovaya qarşı bu sanksiyaların ABŞ, AB və ya hər ikisindən gələcəyi bəlli deyil.

Bununla belə, Aİ-yə üzv dövlətlər arasında gərginliyin artdığı bildirilir. Ukraynanın blokdakı ən sadiq müttəfiqlərindən biri olan Litva bildirib ki, əslində bu təkliflər əslində Rusiya qoşunlarının ölkədən çıxmasından sonra Ukrayna şəhərlərində aşkar edilən dəhşətlərə əslində adekvat cavab deyil.

Litvanın xarici işlər naziri Gabrielius Landsbergis, “Kömür, dörd bank (artıq sönük), limanlara və sərhədlərə qadağa (istisnalar olmaqla) üstü açılan qırğınlara adekvat sanksiya paketi deyil”,- deyib. “Zəif cavab daha çox vəhşiliyə dəvətdir. Daha güclü ola bilərdi və olmalıdır”.
Bazar günü Litva Rusiya qazının idxalını dayandırdığını elan edib və bunu edən ilk Aİ üzvüdür, lakin bütövlükdə qaz idxalının 40%-ni şərq qonşusundan alan blok bu addımı atmaq istəmir.

Rusiya qüvvələrinin nəzarətində olan şəhərlərdə müdafiəsiz mülki əhaliyə qarşı hərbi cinayətlər törədildiyinə dair sübutlar ortaya çıxdığından, Aİ Rusiyaya qarşı əlavə sanksiyalara dair ləngiyən danışıqları sürətləndirib.
Çərşənbə axşamı BMT Təhlükəsizlik Şurasındakı çıxışında Zelenski insanların necə güllələndiyini, işgəncələrə məruz qaldığını, zorlandığını və tanklar tərəfindən əzildiyini izah edərək, Rusiya liderlərini nasistlərin Nürnberq məhkəmələrindən nümunə götürülmüş beynəlxalq tribunal vasitəsilə müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməyə çağırıb. “Elə bir cinayət yoxdur ki, orada törətməsinlər”, – Zelenski deyib: “Onlar bütün ailələri – böyükləri və uşaqları – öldürdülər və cəsədləri yandırmağa çalışdılar”.
Kömürə və Rusiya gəmilərinə (humanitar yardım, qida və enerji istisna olmaqla) qadağa ilə yanaşı, Avropa Komissiyası dörd Rusiya bankına, o cümlədən ikinci ən böyük VTB bankına tam əməliyyat qadağası təklif edib. Bununla belə, Aİ VTB-ni SWIFT mesajlaşma sistemindən çıxarıb və bu bankla iş görməyi xeyli çətinləşdirib.

Avropa Komissiyasının sədri Ursula fon der Leyenin çərşənbə axşamı elan etdiyi təkliflərə əsasən, Rusiya və Belarus avtomobil nəqliyyatı şirkətlərinin Aİ-yə girişi qadağan ediləcək. Komissiya həmçinin yüksək texnologiyalı məhsulların, o cümlədən kvant kompüterlərinin və qabaqcıl yarımkeçiricilərin Rusiyaya ixracını qadağan etmək istəyir. Hər il Rusiyaya 5,5 milyard avro dəyərində olan ağac, sement, dəniz məhsulları və alkoqol məhsulları da daxil olmaqla, bəzi idxal qadağan ediləcək.
Planlar, çərşənbə və ya cümə axşamı günü yekdil razılığa gəlməzdən əvvəl tədbirlərə düzəliş edə biləcək AB paytaxtları tərəfindən öyrənilir.
Fransanın xarici işlər naziri Jean-Yves Le Drian Berlində almaniyalı həmkarı ilə görüşdən sonra deyib ki, Avropa sanksiyalarına kömür və neft də daxil olacaq.
Qəbul edilsə, tədbirlər Vladimir Putinin Ukraynanın şərqində özünü elan etmiş Donetsk və Luqansk respublikalarını tanıyacağını bəyan etməsindən sonra Aİ sanksiyalarının beşinci paketi olacaq ki, bu da onun bir neçə gün sonra başladığı əsassız işğal üçün zəmin yaradır. Aİ sanksiyalarının ilk dörd raundu nisbətən tez razılaşdırılsa da, növbəti addımlarla bağlı gərginlik artmaqdadır.

Polşa və Baltikyanı ölkələr Rusiyanın qalıq yanacaq ixracına tamamilə qadağa qoymağa çağırır, qazın 55%-ni Rusiyadan alan Almaniya isə işsizlikdən və benzin qiymətlərinin bahalaşmasından narahatdır.
Bazar ertəsi Kreml tərəfindən seçkilərdə qələbəsi münasibətilə təbrik edilən Macarıstanın Baş naziri Viktor Orban da qaz və neft qadağasına qarşıdır. Avstriya da planlara laqeyd yanaşır.

“Aydındır ki, Vyana, Budapeşt və Berlin daha az xoşbəxtdir”,- sanksiyaçı ölkələrdən olan bir diplomat belə deyib.
Almaniya Rusiya ilə ildə 4 milyard avro dəyərində ticarəti hədəfləyən kömür qadağasını dəstəkləyir. Keçən ay kanslerin müavini və iqtisadiyyat naziri Robert Habek yazın sonuna qədər Rusiya kömürünü, ilin sonuna qədər isə neftdən imtina etmək planını açıqlamışdı:

“İlin sonuna qədər biz demək olar ki, müstəqil olmağı hədəfləyirik”.
Aİ-nin ən böyük limanı olan Rotterdamın yerləşdiyi Hollandiyanın Rusiya gəmilərinə qoyulan qadağanı dəstəklədiyi anlaşılır. Güclü sanksiyaların tərəfdarları həmçinin mövcud sanksiyalardakı “bəzi qəribə güzəştlərin” aradan qaldırılmasını, məsələn, Aİ-nin dəbdəbəli mallarının Rusiyaya satışını qadağan edən əvvəlki tədbirlərdəki boşluqların aradan qaldırılmasını tələb edirlər.
Çərşənbə axşamı İspaniya parlamentindəki ayrıca çıxışında Zelenksi Rusiyadan gəlirli neft ixracına qadağa qoyulması üçün müraciət edib. 1937-ci ildə İspaniya vətəndaş müharibəsi zamanı Guernicanın bombalanması ilə ölkəsinə edilən hücum arasında paralellər aparan Zelenski, “bütün Avropa layihəsinin taleyi, bizi birləşdirən dəyərlər Ukraynada təhlükə altındadır”, – söyləyib.

Rusiya şəkillərin səhnələşdirildiyini və ya qüvvələrini çıxardıqdan sonra insanların öldürüldüyünü iddia edərək, ölümlərə görə hər hansı məsuliyyəti rədd edib. Peyk şəkillərində isə Rusiyanın işğalı altında olan şəhərlərdə küçələrdə yatan cəsədlər görünür.
Aİ sanksiyaları Rusiyaya bütün investisiyalara qadağa qoyulacağını vəd edən Ağ Evlə koordinasiya əsasında hazırlanır. Ağ Evin mətbuat katibi Cen Psaki, “Məqsəd onları seçim etməyə məcbur etməkdir”,- deyib. “Burada məqsədimizin ən böyük hissəsi Putinin Ukraynaya qarşı müharibəni davam etdirmək üçün malik olduğu resursları tükətməkdir”.
“Gözləyə bilərsiniz ki, onlar Rusiya hökumət rəsmilərini, onların ailə üzvlərini, Rusiyaya məxsus maliyyə institutlarını, həmçinin dövlət müəssisələrini hədəf alacaqlar”,- deyib.
O, “Wall Street Journal”da dərc olunan sanksiyaların Putinin iki qızını hədəf alacağı ilə bağlı xəbərləri şərh etməkdən imtina edib.

Ana səhifəXəbərlərPutinin qızlarına da sanksiya tətbiq edilə bilər