Putinin “müharibə maşını”: iqtisadiyyatı gücləndirən gizli silah, yoxsa…

V.Putin. Foto: Meydan TV

“Avropaya enerji daşınması ilə bağlı məhdudiyyətlər Rusiyanın gəlirlərini azaldır”

Rusiya Prezidenti Vladimir Putinin genişlənən müharibə səyi ölkəsində sənaye istehsalının artmasına səbəb olub.

Rusiya istehsalı artıraraq iqtisadiyyatının sanksiyalar fonunda ən pis proqnozları üstələməsinin qarşısını almağa çalışır.

“Bloomberg” yazır ki, hərbi texnika istehsalı artıb.

Bıçaq kimi əşyalarla yanaşı, silahlar, bombalar və müxtəlif növ sursatların da daxil olduğu statistik xətt əvvəlki aylardakı kəskin azalmadan sonra iyulda bir il əvvəllə müqayisədə təxminən 30 faiz artıb.

Velosiped, gəmi, təyyarə, zirehli nəqliyyat vasitələri və avadanlıqlarının istehsalında da artım var.

“Oxford Economics”dən Tatyana Orlova deyib ki, əgər müharibə olmasaydı, istehsal zəif olacaqdı.

Ekspert bildirib ki, müdafiə sənayesindəki iqtisadi yüksəliş, çox güman qısamüddətli olacaq.

Bundan əlavə, Avropaya enerji daşınması ilə bağlı məhdudiyyətlər Rusiyanın gəlirlərini azaldır. Çünki onun əsas bazarı Avropadır və bura olan qaz tədarükünün böyük hissəsini dayandırıb.

Bundan əlavə, xam nefti endirimlə satır.

Rusiya fevral ayında Ukraynanın işğalından sonra iqtisadiyyatına vurduğu şoku dəf etmək üçün maliyyə müdafiəsini tez qurub. Lakin sənaye bazasını müharibə vəziyyətinə keçirmək uzun çəkib.

İyuladək Putin hökumətə müəssisələr üzərində fövqəladə nəzarət imkanı verən qanun layihəsini imzaladı və hökumətə ordunu dəstəkləmək üçün onları zəruri hallarda istehsalı hərbi ehtiyaclara yönəltməyə və ya əlavə iş saatlarına məcbur etməyə məcbur edib.

“İyul ayı məlumatları təsdiq edir ki, hərbi sənaye kompleksinə verilən dövlət sifarişlərinin artması Rusiya istehsalına dəstək verir”, – Orlova bildirib.

Onun sözlərinə görə, son bir neçə ayda sənaye istehsalı rəqəmləri həqiqət ola bilməyəcək qədər yaxşı görünür.

“CentroCredit Bank”ın Rusiya üzrə aparıcı iqtisadçısı Yevgeni Suvorovun fikrincə, hərbi sifarişlər, ehtimal ki, iyulda istehsalda canlanmaya səbəb olub.

Onun sözlərinə görə, stimul eyni ay tikintidə gözlənilməz artımın arxasında olub, o, illik 6 faizdən çox artımla iqtisadçıları təəccübləndirib.

Ana səhifəDünyaPutinin “müharibə maşını”: iqtisadiyyatı gücləndirən gizli silah, yoxsa…