Putin və Obama Qarabağ münaqişəsini müzakirə edib

Prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın Sankt- Peterburq görüşü haqqında danışıblar

Source:
Obama və Putin
Obama və Putin


Prezidentlər İlham Əliyevlə Serj Sarkisyanın Sankt- Peterburq görüşü haqqında danışıblar

ABŞ prezidenti Barak Obama Rusiya prezidenti Vladimir Putinlə telefon danışığı zamanı Dağlıq Qarabağ münaqişəsinə dair Rusiya ilə birgə səyləri gücləndirməyə hazır olduğunu bildirib. APA-nın məlumatına görə, bu barədə Ağ Evin yaydığı açıqlamada bildirilir.

“Prezident Obama Dağlıq Qarabağ münaqişəsinin hərtərəfli həllinə nail olmaq üçün Rusiya və Fransa ilə birlikdə ATƏT-in Minsk qrupunun həmsədrləri qismində səylərini artırmağa hazır olduğunu bildirib”, məlumatda deyilir.

Kremlin mətbuat xidməti isə yayıb ki,Vladimir Putin iyunun 20-də Sankt-Peterburqda Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sarkisyanın iştirakı ilə keçirilən üçtərəfli görüşün yekunlarına dair Barak Obamanı məlumatlandırıb.

Telefon danışığının Rusiyanın təşəbbüsü ilə baş tutduğu bildirilir.

Ana səhifə ▸ Xəbərlər ▸ Putin və Obama Qarabağ münaqişəsini müzakirə edib