V.Putin

Mənbə: meydan tv

Başlıq: V.Putin

Putin: Rusiya İranın nüvə razılaşmasını qurtarmaq üçün ''yanğınsöndürmə qrupu'' deyil

''İranın bu razılaşmanı tərk etməsi heç də məqsədli olmayıb''

“Moskva İranın nüvə razılaşmasının dağılmasını təkbaşına durdura bilməz,”- Rusiya prezidenti Vladimir Putin belə deyib və razılaşmanın pozulmasına səbəb olaraq ABŞ-ı və Avropanın səssizliyini göstərib.

“Russia Today” xəbər verir.

Putin çərşənbə günü Avstriya Prezidenti Aleksandr Van der Bellen (Alexander Van der Bellen) ilə görüşdən sonra keçirilmiş mətbuat konfransında deyib ki, Moskva razılaşmanın qorunmasının tərəfdarıdır və tərəflər bunun üçün maraqlı olmalıdırlar.

"Rusiya yanğınsöndürmə qrupu deyil, bizdən tamamilə asılı olmayan hər şeyi qurtara bilmərik,"- Rusiya prezidenti bildirib.

O, həmçinin deyib: “Belə bir qeyri-diplomatik şey avropalı dostlarımızın qulağına zərər verə bilər". Putin İran nüvə razılaşmasının pozulmasında ABŞ-ı günahkar bilib və Avropa Birliyini müqaviləni xilas etmək üçün heç bir şey etmədiyi üçün qınayıb.

"Amerika razılaşmadan uzaqlaşıb, razılaşma artıq pozulmaq üzrədir və Avropa ölkələri onu xilas etmək üçün heç bir şey edə bilmir. Əslində İranla işləyə bilmirlər və onun iqtisadi itkilərini ödəyə bilmirlər,"- Putin deyib.

Putinin fikrincə, İranın bu razılaşmanı tərk etməsi heç də məqsədli olmayıb. O, İranın müqaviləyə riayət etdiyini və ölkənin nüvə sektorunun nüvə razılaşmasından sonra şəffaf fəaliyyət göstərməyə başladığını qeyd edib:

"Mən iranlı tərəfdaşlarımıza dəfələrlə söyləmişəm, məsləhətdir ki, İran nə olursa-olsun müqavilə çərçivəsində fəaliyyətini davam etdirsin".

"İran qarşılıqlı cavab olaraq müqaviləni tərk edə bilər, amma sabah hər kəs unudacaq ki, buna ABŞ səbəb oldu və bütün günahı İranda görəcəklər,"- Putin deyib.

ABŞ prezidenti Donald Tramp Tehranın tezliklə Vaşinqtonla danışıqlar aparmağı planlaşdırdığına əmin olduğunu deyib, - Azadlıq Radiosu xəbər verir. Tramp həmçinin İranla bağlı siyasətinin ABŞ administrasiyasında fikir ayrılığının yaşandığına dair mətbuat xəbərlərini rədd edib.

"Əminəm ki, İran tezliklə danışıqlar aparmaq istəyəcək,"- Tramp mayın 15-də “Twitter” hesabında qeyd edib.

Mayın 9-da Tramp İranla hərbi qarşıdurmanı istisna etmədiyini söyləmişdi: "Mən İrandan nə görmək istərdim? Onların mənə zəng etməsini istərdim".

İran rəhbərliyi Vaşinqtonla hər hansı danışıqları rədd edir.

ABŞ-İran münasibətləri birincinin 2015-ci ildə İranla dünya gücləri arasında imzalanmış nüvə razılaşması müqaviləsindən 2018-ci ildə çəkilməsindən sonra gərginləşməyə başlayıb. Bunun qarşılığı olaraq Tehran razılaşma ilə üzərinə götürdüyü öhdəliklərdən qismən çəkildiyini bəyan edib.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/mamcqb

Ən çox baxılan