Rusiya

Mənbə: SİTA

Başlıq: Rusiya

Putin: Rusiya COVID-19 peyvəndini təmin edən ilk ölkə olub

Peyvəndin icadı Rusiya əhalisinin kütləvi peyvənd edilməsinə yol açıb

Prezident Vladimir Putin çərşənbə axşamı Rusiyanın iki ay sürən sınaqlardan sonra COVID-19 peyvəndini təmin edən ilk ölkə olduğunu deyib.

“Reuters” deyib ki, bu xəbər Moskva tərəfindən elmi hünərin sübutu olaraq qəbul edilib.

Peyvəndin icadı Rusiya əhalisinin kütləvi peyvənd edilməsinə yol açıb, - agentlik əlavə edib.

“Peyvəndin əldə edilməsi Rusiyanın aylardır uğurlu məhsul uğrunda davam edən qlobal rəqabətdə qalib olmaq əziminin göstəricisidir. Lakin narahatlıqlaq var ki, bu addımla Moskva sağlam elm və insanların təhlükəsizliyi qarşısında milli nüfuzunu qorumağa xidmət edə bilər”.

Dövlət televiziyasında danışan Putin Moskvanın Gamaleya İnstitutu tərəfindən hazırlanan peyvəndin təhlükəsiz olduğunu və hətta qızlarından birinə də tətbiq edildiyini deyib.

“Bilirəm ki, vaksin olduqca effektiv işləyir, güclü immun sistemi yaradır və təkrar edirəm, lazım olan bütün yoxlamalardan keçib”,- o deyib.

Putin Rusiyanın tezliklə peyvənd istehsalına başlayacağına ümid etdiyini əlavə edib.

V.Putin

V.Putin

Mənbə: Ria novosti

Səhiyyə Nazirliyi tərəfindən təsdiq edildikdən sonra peyvənd 3-cü sınaq mərhələsinə açılacaq və minlərlə insan sınaqlara cəlb ediləcək. Bu tip sınaqlar bəlli miqdarda iştirakçı tələb edir ki, peyvəndin təsiri dəqiq qiymətləndirilə bilsin.

Dünyadakı tənzimləyicilər COVID-19 peyvəndini icad etməyə tələsməyin təhlükəsizliyə zərər verəcəyində israrlıdırlar. Aparılmış son sorğular əhalinin hökumətlərin belə bir peyvənd istehsal etmək səylərinə olan inamsızlığı göstərir.

COVID-19-u müalicə edən Rusiya tibb işçilərinə peyvənd təsdiq edildikdən dərhal sonra könüllü olaraq peyvənd olunma şansı veriləcək, - adı qeyd edilməyən mənbə “Reuters”ə bildirib.

COVID-19 pandemiyasını dayandırmağa çalışmaq üçün dünyada 100-dən çox mümkün peyvənd hazırlanır. ÜST-ün məlumatına görə, onlardan ən az dördü sınaqlarının son mərhələsindədir.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/vgvfm3

Ən çox baxılan