Putin: Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etsin

”Bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu başa düşürük”

Source:
Vladimir Putin
Vladimir Putin


”Bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu başa düşürük”


“Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsinin kompromisli və tərəflər üçün məqbul həll variantını tapsın”.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Rusiya prezidenti Vladimir Putin avqustun 8-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşündə deyib.

O, bu problemin Azərbaycan və Ermənistan üçün nə qədər ağrılı məsələ olduğunu anladığını bildirib: “Biz çalışacağıq ki, hər iki ölkə kompromisli, lakin hər iki tərəf üçün məqbul olan həll yolunu tapsın. Bu məsələnin həllində qalib iki ölkənin xalqı olsun, hər iki ölkə hiss etsin ki, bu çətin məsələni bu günün və gələcək nəslin maraqları çərçivəsində həll edib”.

Dağlıq Qarabağ münaqişəsinin müasir mərhələsi 1988-ci ildə Ermənistan SSR-in Azərbaycan SSR-ə qarşı ərazi iddiaları əsasında başlayıb.

1991-1994-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ ərazisi uğrunda Ermənistanla Azərbaycan arasında şiddətli müharibə baş verib. Nəticədə Azərbaycan ərazilərinin 20 faizi – Dağlıq Qarabağ və ətraf 7 inzibati rayon Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan) Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub, 1 milyondan artıq insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Hərbi əməliyyatlar 1994-cü ilin may ayında Bişkekdə Azərbaycan və Ermənistan arasında imzalanmış atəşkəs sazişi ilə başa çatıb.

Ana səhifəXəbərlərPutin: Rusiya çalışacaq ki, Azərbaycan və Ermənistan Dağlıq Qarabağ münaqişəsini həll etsin