Putin prezidentlik müddətinin ləğv edilməsinə razılıq verib

Prezident Dövlət Dumasına növbədənkənar seçkilərin keçirilməsinə də toxunub və buna qarşı çıxıb.

Source: Foto: Rio-Novosti


“Prinsipcə belə bir seçim mümkündür…”

Rusiya Prezidenti Vladimir Putin bəyan edib ki, Konstitusiya Məhkəməsi dəstəklədiyi təqdirdə prezidentlik müddəti ləğv edilə bilər, – “Meduza” xəbər verir.

Martın 10-da Dövlət Dumasının deputatı Valentina Tereşkova Putinin prezidentlik müddətinin ləğvi və ya yenidən rəhbər vəzifəyə seçilmə ilə bağlı məhdudiyyətin aradan qaldırılması ilə bağlı parlament müzakirələrinə düzəliş təqdim edib.

Dövlət Dumasında çıxış edən Putin qeyd edib ki, o, məhdudiyyətlərin qaldırılmasının əleyhinədir. Prezidentlik müddətinin ləğvi ilə bağlı Putin deyib: “Prinsipcə belə bir seçim mümkündür, ancaq bir şərtlə, o zaman ki, Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi belə bir düzəlişin konstitusiyanın prinsiplərinə və əsas müddəalarına zidd olmayacağı ilə bağlı rəsmi qərar verərsə”.

Prezident Dövlət Dumasına növbədənkənar seçkilərin keçirilməsinə də toxunub və buna qarşı çıxıb.

Ana səhifəDünyaPutin prezidentlik müddətinin ləğv edilməsinə razılıq verib