Putin ordunu Suriyadan çıxardır

Elxan Şahinoğlu: ”Putin ”biz məqsədimizə çatdıq” desə də, faktlar bunun əksini göstərir”

Source:
Putin və Şoyqu
Putin və Şoyqu
Putin və Şoyqu
Putin və Şoyqu


Elxan Şahinoğlu: ”Putin ”biz məqsədimizə çatdıq” desə də, faktlar bunun əksini göstərir”

Rusiya prezidenti Vladimir Putin Rusiya ordu  birləşmələrinin Suriyadan çıxarılmasına başlanması barədə göstəriş  verib.

“RİA Novosti”nin məlumatına görə, Putin bu qərarı Suriyada qarşıya qoyulan vəzifələrin icra olunması ilə əlaqələndirib.

“Hesab edirəm ki, Müdafiə Nazirliyi və Silahlı Qüvvələr qarşısında qoyulan vəzifə, ümumilikdə, icra edilib və buna görə müdafiə nazirinə ordu birləşmələrinin əsas hissəsinin sabahdan etibarən Suriyadan çıxarılmasına başlamağı əmr etmişəm”, – deyə Putin Müdafiə Nazirliyi və XİN rəhbərləri ilə görüşündə bildirib.

Prezidentin mətbuat katibi Dmitriy Peskov agentliyə bildirib ki, ordunun çıxarılması qərarı Suriya prezidenti Bəşər Əsədlə razılaşdırılıb.

Rusiya Suriyada terrorçulara qarşı hava əməlyyyatlarına sentyabrın 30-da başlamışdı. Bununla bağlı Suriya prezidenti Əsəd Putinə müraciət etmişdi. Oktyabrın 7-dən isə Xəzər dənizindən hərbi əməliyyatlar davam etdirildi.

Rusiyanın qərarını öz Facebook səhifəsində şərh edən siyasi şərhçi Elxan Şahinoğlu bildirib ki, Putin “biz məqsədimizə çatdıq” desə də, faktlar bunun əksini göstərir: “Birincisi, Putin Suriyada İŞİD terroruna son qoya bilmədi. Halbuki, Rusiyanın Suriyaya müdaxiləsinin başlıca səbəbi məhz bu amillə bağlı idi. İkincisi, Rusiyanın hərbi müdaxiləsi Bəşər Əsəd rejiminin mövqeyini gücləndirmədi, əksinə, Əsəd ölkəsinin torpaq bütövlüyünü itirmiş vəziyyətdədir və artıq söhbət bu ölkənin bir neçə hissəyə bölünməsindən gedir. Putinin Suriyada hərbi müdaxiləsindən Rusiya üçün ən böyük itkisi strateji tərəfdaşı Türkiyə ilə münasibətləri korlaması oldu. Digər tərəfdən, Rusiya təyyarələrinin bombardmanları zamanı xeyli mülki insan qətlə yetirildi. Beynəlxalq aləm bunu heç zaman unutmayacaq”.

Ana səhifəXəbərlərPutin ordunu Suriyadan çıxardır