O, Mixail Mişustinin yenidən Baş nazir təyin olunmasını istəyir
Rusiya Prezidenti Vladimir Putin Mixail Mişustinin yenidən Baş nazir vəzifəsinə təyin olunması ilə bağlı Dövlət Dumasına təqdimat göndərib.
Bu barədə mayın 10-da Dövlət Dumasının spikeri Vyaçeslav Volodin özünün “Telegram” kanalında yazıb.
Onun sözlərinə görə, M.Mişustinlə bağlı səsvermə bu gün keçiriləcək:
“Mişustin Baş nazir kimi təsdiqləndikdən sonra bir həftə ərzində nazirlər və Baş nazirin müavinləri vəzifələrinə namizədlərini Prezidentə təqdim edəcək”.
Mixail Mişustin mayın 7-də, Vladimir Putin Prezident kimi fəaliyyətə başladıqdan sonra hökumət başçısı vəzifəsindən rəsmən istefa verib.
58 yaşlı Mişustin 2020-ci ilin yanvarından Baş nazir vəzifəsini icra edir.
Martın 15-17-də Rusiyada Prezident seçkiləri keçirilib.
Rusiyanın Mərkəzi Seçki Komissiyası (MSK) hazırkı Prezident Vladimir Putinin 86,5 faiz səs topladığı haqda məlumat yayıb.
Rusiyada sonuncu dəfə Prezident seçkiləri 2018-ci ilin martında keçirilib.
Rusiya Mərkəzi Seçki Komissiyasının məlumatına görə, hazırkı Prezident Vladimir Putin həmin seçkilərdə 76,69 faiz səs toplayıb.
2000-ci ildən 2008-ci ilə qədər prezidentlik müddətini nəzərə aldıqda Vladimir Putin dördüncü dəfə Rusiyanın Prezidenti seçilib.
2008-2012-ci illərdə Rusiyanın Prezidenti Dmitri Medvedyev olub.
O, hazırda Təhlükəsizlik Şurasının sədridir.